Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Əl-Haqqə surəsi" üzrə 52 ayə tapıldı. (21 - 40 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əl-Haqqə surəsi

Ayə 21
Beləliklə, (bundan sonra) o xoş güzəran içindədir və sahibi də ondan razıdır.

Əl-Haqqə surəsi

Ayə 22
Uca və ali məqamlı bir Cənnətdə (elə bir Cənnətdə ki,)

Əl-Haqqə surəsi

Ayə 23
Meyvələri yaxındır (belə ki, budaqlar dərən şəxsin iradəsinə tabedir).

Əl-Haqqə surəsi

Ayə 24
Yeyin və için, keçmiş günlərdə gördüyünüz (yaxşı işlərin) mükafatı olaraq sizə nuş olsun. (Bunlar hamısı o əməllərin əvəzidir, ya o əqidə və əməllərin təcəssümüdür).

Əl-Haqqə surəsi

Ayə 25
Amma (əməl) dəftəri sol əlinə verilən şəxs deyər: «Kaş (əməl) dəftərim mənə verilməyəydi!»

Əl-Haqqə surəsi

Ayə 26
«Və hesabımın nə olduğunu bilməyəydim».

Əl-Haqqə surəsi

Ayə 27
«Kaş mənim o dünya həyatım(ın yerinə) qəti bir ölüm olaydı (və ya dünya ölümü məni birdəfəlik məhv edəydi)».

Əl-Haqqə surəsi

Ayə 28
«Mənim (dünyadakı) mal-dövlətim (heç bir əzabı) məndən dəf etmədi».

Əl-Haqqə surəsi

Ayə 29
«Qüdrətim və səltənətim (və iddialarımın dəlil – sübutu da) əlimdən çıxdı».

Əl-Haqqə surəsi

Ayə 30
(Əmr yetişər:) «Onu tutun və qandallayın».

Əl-Haqqə surəsi

Ayə 31
«Sonra da onu şölələnmiş oda atıb yandırın!».

Əl-Haqqə surəsi

Ayə 32
«Sonra isə uzunluğu yetmiş arşın olan zəncirlə bağlayın».

Əl-Haqqə surəsi

Ayə 33
«Çünki o, böyük olan Allaha (dünyada) inanmırdı».

Əl-Haqqə surəsi

Ayə 34
«Və heç vaxt (özünü və başqalarını) fəqirə və ehtiyacı olana yemək verməyə rəğbətləndirmirdi».

Əl-Haqqə surəsi

Ayə 35
Bu gün onun burada bir yaxını və mehriban bir dostu yoxdur.

Əl-Haqqə surəsi

Ayə 36
(Cəhənnəmdəkilərin bədənindən axan) Od əhlinin irinindən, çirk və qanından başqa bir yeməyi də yoxdur.

Əl-Haqqə surəsi

Ayə 37
O (yeməyi) yalnız (yollarını) azmış günahkarlar yeyərlər.

Əl-Haqqə surəsi

Ayə 38
Belə isə xeyr; and olsun (gözlə) gördüklərinizə,

Əl-Haqqə surəsi

Ayə 39
Və görmədiklərinizə (qeybi mövcudlara) ki,

Əl-Haqqə surəsi

Ayə 40
Bu (Qur’an) şübhəsiz, möhtərəm bir elçinin (Cəbrailin və Peyğəmbərin) sözüdür.
114 Sürə
6236 Ayə
52 Tapılan Nəticə
3 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar