Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əl-Haqqə surəsi" üzrə
52 ayə tapıldı.
(1 - 20 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Haqqə surəsi
Ayə 1
«Haqqə» adlanan həmin saat və o baş verəcək hadisə və baş verəcəyi şübhəsiz olan işlər və hallar,
Əl-Haqqə surəsi
Ayə 2
O «Haqqə»nin həqiqəti nədir? (Nə qədər də böyük, dəhşətli və uzun bir hadisədir!)
Əl-Haqqə surəsi
Ayə 3
Və «haqqə»nin nə olduğunu nə bilirsən?! (Onun həqiqətinə vara bilməzsən. O, əzici bir hadisədir).
Əl-Haqqə surəsi
Ayə 4
Səmud (Salehin qövmü) və Ad (Hudun qövmü) o əzici hadisəni təkzib etdilər.
Əl-Haqqə surəsi
Ayə 5
Səmud qövmü tüğyankarlıqlarına görə hədsiz dərəcədə bir əzabla məhv oldular.
Əl-Haqqə surəsi
Ayə 6
Amma Ad qövmü şiddətlə əsən, soyuq, uğultulu və gurultulu bir küləklə məhv oldular.
Əl-Haqqə surəsi
Ayə 7
(Elə bir külək ki, Allah) onu nəhs olan yeddi gecə və səkkiz gün ərzində ardı-arası kəsilmədən onlar(ın üstünə) əsdirdi və (əgər orada olsaydın) o qövmü hamılıqla yerə sərilmiş görərdin, elə bil ki, içi boş və yerindən qoparılmış xurma kötükləri idilər.
Əl-Haqqə surəsi
Ayə 8
İndi sən onlardan heç qalanını görürsənmi?!
Əl-Haqqə surəsi
Ayə 9
Firon da, ondan öncəkilər (kafirlər) də, alt-üst olmuş şəhərlər(in əhalisi – Lut qövmü) günah etdilər və yollarını azdılar (dini əqidə və şəriət məsələlərində səhv yolla getdilər).
Əl-Haqqə surəsi
Ayə 10
Onlar öz Rəbbinin peyğəmbərinə asi oldular, Allah da onları şiddətli bir cəza ilə yaxaladı.
Əl-Haqqə surəsi
Ayə 11
Həqiqətən, Biz (Nuhun duası ilə göydən gələn və yerdən qaynayan) su aşıb-daşan zaman sizi(n əcdadınızı) gəmiyə mindirdik.
Əl-Haqqə surəsi
Ayə 12
Ona görə ki, bunu (bu hadisəni) sizin üçün bir ibrət edək və eşidən, yadda saxlayan qulaq bunu eşidib yadda saxlasın.
Əl-Haqqə surəsi
Ayə 13
Elə ki, sura bir dəfə üfürülər (surun birinci dəfə üfürülməsi varlıq aləminin nizamının pozulması üçün bir müqəddimədir),
Əl-Haqqə surəsi
Ayə 14
Və yer (öz oxundan) və dağlar (birləşdikləri məkandan) qaldırılar (və uzaqlaşdırılar). Hər ikisi bir zərbə ilə bir-birinə çırpılar.
Əl-Haqqə surəsi
Ayə 15
Beləliklə, (məhz) o gün Qiyamət qopar.
Əl-Haqqə surəsi
Ayə 16
Və göy yarılar və o gün (onun nizamı) süst düşüb darma-dağın olar.
Əl-Haqqə surəsi
Ayə 17
Mələklər göyün ətrafında (nəzarətçi) olarlar. Sənin Rəbbinin ərşini o gün səkkiz nəfər (ya səkkiz dəstə) öz başları üstündə (yaxud səmadakıların başları üstündə) tutarlar.
Əl-Haqqə surəsi
Ayə 18
O gün siz (haqq-hesab üçün Allahın hüzuruna) gətiriləcəksiniz, sizin heç bir gizlin işiniz gizlin qalmayacaqdır.
Əl-Haqqə surəsi
Ayə 19
Əməl dəftəri sağ əlinə verilən şəxs, (sevinclə) deyər: «Alın (ey insanlar) mənim kitabımı (əməl dəftərimi) oxuyun».
Əl-Haqqə surəsi
Ayə 20
«Həqiqətən, mən (dünyada) ikən Qiyamət günü öz hesabıma (əməllərimin hesabına) yetişəcəyimə yəqinliklə inanmışdım».