Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
31 açar söz
axirət
351
Hidayət
191
Məryəm
128
Əl
4804
Musa
230
Cəhənnəm
200
ibrahim
150
Yəhudi
63
Əl-
2942
Namaz
119
Əl-kəhf
110
salam
55
Ailə
66
Muhəmməd
63
Cihad
74
Furqan
78
əhli-beyt
4
Adəm
47
İmamət
10
Zəkat
38
Yaradılış
164
Oruc
15
Cənabət
3
iblis
18
Ruku halında
1
Əzrail
1
Cəhənn
200
Başçı
43
Allahdan qorxun
49
Ruku hal
1
Hörmət
15
Axtarış nəticələri:
"Əl-" üzrə
2942 ayə tapıldı.
(2721 - 2740 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Əla surəsi Tapıldı
Ayə 3
Və o kəs ki, (hər bir məxluq üçün kəmiyyət və keyfiyyət baxımından) bir əndazə (ölçü) qoydu, beləliklə də (onları öz kamilliklərinə doğru) yönəltdi.
Əl-Əla surəsi Tapıldı
Ayə 4
O kəs ki, (yerin köksündən) otlaq çıxartdı.
Əl-Əla surəsi Tapıldı
Ayə 5
(Al–əlvan rənglərə boyandıqdan) sonra onu qara rəngli quru çör – çöpə döndərdi.
Əl-Əla surəsi Tapıldı
Ayə 6
(Ya Peyğəmbər!) Tezliklə sənə (bütün Qur’anı – əzəli elmdə və Lövhi – Məhfuzda olan əsl tənzimi ilə) oxudarıq, belə ki, əsla unutmazsan.
Əl-Əla surəsi Tapıldı
Ayə 7
Allahın istədiyindən başqa (ki, əsla istəməz də, lakin Onun qüdrəti daim məhfuzdur), həqiqətən, O, aşkar olanı da, gizli olanı da bilir.
Əl-Əla surəsi Tapıldı
Ayə 8
Və səni (dəvətdə və hidayətdə olan) ən asan yol üçün hazır və müyəssər edərik.
Əl-Əla surəsi Tapıldı
Ayə 9
Əgər öyüd – nəsihət fayda verəcəksə (onlara) öyüd – nəsihət ver,
Əl-Əla surəsi Tapıldı
Ayə 10
(Allahdan) qorxmaq qabiliyyətinə malik olan şəxs tezliklə öyüd – nəsihət alacaqdır.
Əl-Əla surəsi Tapıldı
Ayə 11
Ən bədbəxt şəxs (və Allahdan qorxmayan), ondan (öyüd-nəsihətdən) uzaqlaşar.
Əl-Əla surəsi Tapıldı
Ayə 12
O kəs ki, ən böyük oda girəcək və yanacaqdır.
Əl-Əla surəsi Tapıldı
Ayə 13
Sonra isə orada nə (həqiqətən,) öləcək və nə də (rahat) yaşayacaqdır.
Əl-Əla surəsi Tapıldı
Ayə 14
Həqiqətən, nicat tapdı (o kəs) ki, özünü (fəsadlı əqidələrdən, əxlaqi rəzalətlərdən və çirkin əməllərdən) pak etdi, təkamülə yetişdi və zəkat verdi
Əl-Əla surəsi Tapıldı
Ayə 15
Və öz Rəbbinin adını zikr etdi və namaz qıldı.
Əl-Əla surəsi Tapıldı
Ayə 16
Lakin (siz o nicatın sorağına getmirsiniz), əksinə, siz dünya həyatını üstün tutursunuz.
Əl-Əla surəsi Tapıldı
Ayə 17
Halbuki axirət daha xeyirli və daha baqidir.
Əl-Əla surəsi Tapıldı
Ayə 18
Həqiqətən, bu (deyilənlər: mənəvi paklıq və nicat, öyüd – nəsihət və namaz, dünyanı axirətdən üstün tutma) bütün keçmiş səmavi kitablarda yazılmışdır.
Əl-Əla surəsi Tapıldı
Ayə 19
İbrahimin və Musanın kitablarında.
Əl-Ğaşiyə surəsi Tapıldı
Ayə 1
(Dəhşəti bütün aləmi) bürüyəcək hadisənin (Qiyamətin) xəbəri sənə yetişdimi?
Əl-Ğaşiyə surəsi Tapıldı
Ayə 2
O gün (bəzi) üzlər zəlil və çökmüş olar.
Əl-Ğaşiyə surəsi Tapıldı
Ayə 3
Onlar (əbəs yerə) səy edənlər, zəhmətə düşənlərdir. (Onların dünyəvi əməlləri axirət əzab-əziyyətinə səbəb olar). Yaxud da axirət əzabının içərisində əziyyət çəkənlərdir.