Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl-" üzrə 2942 ayə tapıldı. (2681 - 2700 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əl-İnşiqaq ‏ surəsi Tapıldı

Ayə 10
Kimin əməl dəftəri arxa tərəfindən (sol əlinə) verilərsə,

Əl-İnşiqaq ‏ surəsi Tapıldı

Ayə 11
O, tezliklə fəryad edib öz ölümünü istəyər.

Əl-İnşiqaq ‏ surəsi Tapıldı

Ayə 12
Və şölə çəkən oda daxil olar və yanar.

Əl-İnşiqaq ‏ surəsi Tapıldı

Ayə 13
O, öz yaxınlarının arasında (axirətdən qəflətdə, mal-dövlət və rütbəyə görə) sevinc içində idi.

Əl-İnşiqaq ‏ surəsi Tapıldı

Ayə 14
O elə zənn edirdi ki, əsla (Allaha tərəf) qayıtmayacaq.

Əl-İnşiqaq ‏ surəsi Tapıldı

Ayə 15
Xeyr (qayıdacaqdır), həqiqətən, Rəbbi daim onun (hər bir) halını görəndir.

Əl-İnşiqaq ‏ surəsi Tapıldı

Ayə 16
Xeyr, and olsun (qürubdan sonrakı) məğribin qırmızılığına (şəfəqə),

Əl-İnşiqaq ‏ surəsi Tapıldı

Ayə 17
Və and olsun gecəyə və (gecənin) topladıqlarına (gündüz ora-bura yayılmış canlılara),

Əl-İnşiqaq ‏ surəsi Tapıldı

Ayə 18
And olsun hilal halında tədriclə nuru kamilləşməkdə (bədirlənməkdə olan) aya ki,

Əl-İnşiqaq ‏ surəsi Tapıldı

Ayə 19
Şübhəsiz, siz haldan-hala düşəcəksiniz! (Dünyada cisminizin təkamül yolu nütfə halından ölüm halına kimi otuz haldan çoxdur. Ruhunuzun təkamül yolu isə İslamı qəbul etməkdən İlahi yaxınlıq olan kamaladəkdir. Dünyadan sonra Bərzəxə daxil olmaq, Qiyamətə keçmək və onun duracaqlarından Cənnətə və Cəhənnəmə daxil olmağa qədər yol gedəcəksiniz).

Əl-İnşiqaq ‏ surəsi Tapıldı

Ayə 20
Bəs, onlara nə olub ki, iman gətirmirlər?!

Əl-İnşiqaq ‏ surəsi Tapıldı

Ayə 21
Onlara Qur’an oxunduqda, səcdəyə qapanmırlar?!

Əl-İnşiqaq ‏ surəsi Tapıldı

Ayə 22
Əksinə, kafir olanlar daim təkzib edirlər.

Əl-İnşiqaq ‏ surəsi Tapıldı

Ayə 23
Allah onların öz qəlblərində gizlətdiklərini (küfr və inadı) daha yaxşı biləndir.

Əl-İnşiqaq ‏ surəsi Tapıldı

Ayə 24
Belə isə, onlara ağrılı bir əzabın müjdəsini ver!

Əl-İnşiqaq ‏ surəsi Tapıldı

Ayə 25
Yalnız iman gətib yaxşı iş görənlərdən başqa. Onlar üçün minnətsiz və bitib – tükənmək bilməyən bir mükafat vardır.

Əl-Buruc ‏ surəsi Tapıldı

Ayə 1
And olsun bürcləri olan göyə

Əl-Buruc ‏ surəsi Tapıldı

Ayə 2
Və and olsun vəd olunmuş günə (Qiyamət gününə)

Əl-Buruc ‏ surəsi Tapıldı

Ayə 3
Və and olsun («Uxdud» hadisəsini) müşahidə edənə və onların müşahidə etdiklərinə («Uxdud»da yandırılanlara, öz ümmətinə şahid olan hər bir peyğəmbərə və onun ümmətindən şahid olduğu hər bir saleh şəxsə, axirətdə bütün keçmiş peyğəmbərlərə şahid olacaq İslam Peyğəmbərinə və onun şahid olduğu kəslərə, axirətdə insanların əməllərinə şahid olan hər bir mələyə, onların şahid olduğu əməli saleh insanlara, Allah evini ziyarət edənlərə şahid olan «Həcərül - Əsvəd»ə və onun şahid olduqlarına);

Əl-Buruc ‏ surəsi Tapıldı

Ayə 4
Ölüm olsun o «xəndək» sahiblərinə (onlara qarşı çıxan möminləri odla dolu xəndəyə atan kafir və zalım şaha və onun köməkçilərinə)!
114 Sürə
6236 Ayə
2942 Tapılan Nəticə
148 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar