Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl-" üzrə 2942 ayə tapıldı. (2701 - 2720 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əl-Buruc ‏ surəsi Tapıldı

Ayə 5
O odunla dolu şölələnən atəş.

Əl-Buruc ‏ surəsi Tapıldı

Ayə 6
O zaman onlar odun ətrafında (tamaşa etmək üçün) əyləşmişdilər.

Əl-Buruc ‏ surəsi Tapıldı

Ayə 7
Və möminlərin başlarına gətirdiklərinə tamaşa edirdilər.

Əl-Buruc ‏ surəsi Tapıldı

Ayə 8
Onlar möminlərə yalnız (sifətləri və işləri) həmd olunmuş, yenilməz qüdrət sahibi olan Allaha iman gətirdiklərinə görə eyb və irad tuturdular.

Əl-Buruc ‏ surəsi Tapıldı

Ayə 9
O Allah ki, bütün göylərin və yerin həqiqi mülkiyyəti və malikiyyəti Ona məxsusdur (çünki, yaradılış, qorumaq və tədbir –bunların hamısı Onun əlindədir). Allah hər bir şeyə nəzarətçi və şahiddir.

Əl-Buruc ‏ surəsi Tapıldı

Ayə 10
Şübhəsiz, mömin kişilərə və möminə qadınlara əzab və işkəncə verib sonra da tövbə etməyən kimsələr üçün cəhənnəm(in cürbəcür) əzabı və yandırıb-yaxan atəş əzabı vardır. (Bu ayədə ilk üç andın məqsədi göstərilir və dördüncü ayədən doqquzuncu ayəyədək and içilənlərin başlarına gətirilənlər şərh edilir.)

Əl-Buruc ‏ surəsi Tapıldı

Ayə 11
Şübhəsiz, iman gətirib saleh əməllər edənlər üçün (evlərinin və ağaclarının) altında çaylar axan Cənnətlər vardır! Budur böyük qurtuluş!

Əl-Buruc ‏ surəsi Tapıldı

Ayə 12
Həqiqətən, sənin Rəbbinin qəhri (intiqamı) çox şiddətlidir.

Əl-Buruc ‏ surəsi Tapıldı

Ayə 13
Həqiqətən, (məxluqları) yoxdan var edən və (öldükdən, məhv olduqdan sonra yenidən əvvəlki halına) qaytaran Odur.

Əl-Buruc ‏ surəsi Tapıldı

Ayə 14
Odur! (İtaətkarları) bağışlayan və çox sevən!

Əl-Buruc ‏ surəsi Tapıldı

Ayə 15
(O,) ərşin sahibi (varlıq aləmində hökm sahibi) və (zat və sifətləri baxımdan) şanlı – şövkətlidir.

Əl-Buruc ‏ surəsi Tapıldı

Ayə 16
İstədiyini qüdrətlə yerinə yetirəndir.

Əl-Buruc ‏ surəsi Tapıldı

Ayə 17
O, qoşunların (Allahın və Onun peyğəmbərlərinə qarşı qoşun çəkən keçmiş ümmətlərin) xəbəri sənə gəlib çatdımı?

Əl-Buruc ‏ surəsi Tapıldı

Ayə 18
Firon və (Saleh peyğəmbərin qövmü olan) Səmud (qoşunları necə məhv oldular)?!

Əl-Buruc ‏ surəsi Tapıldı

Ayə 19
(Yalnız onlar təkzib etmədilər), (sənin qövmündən) kafir olan kəslər, (daha şiddətlə) inkar etməkdədir.

Əl-Buruc ‏ surəsi Tapıldı

Ayə 20
(Halbuki,) Allah onları hər cəhətdən (vücud, elm və qüdrət baxımından) əhatə edəndir. (Onların bütün ixtiyarı Allahın əlindədir)

Əl-Buruc ‏ surəsi Tapıldı

Ayə 21
(Bu kitab sehr və əfsanə deyildir,) əksinə o, oxunmalı, şanlı - şövkətli bir kitabdır.

Əl-Buruc ‏ surəsi Tapıldı

Ayə 22
O, (yalan, təhrif, şeytan və cinlərdən) qorunmuş Lövhdə (Lövhi - Məhfuzda) yazılmışdır.

Əl-Əla surəsi Tapıldı

Ayə 1
Ən üstün və uca olan Rəbbinin adını pak və müqəddəs tut! (Dillə Onun paklığına sitayiş et, qəlblə Onu hər bir eyb və nöqsandan pak bil, və Ona məxsus adları Ondan başqasına aid etmə, o adları təhrif etmə və nalayiq yozumlar etmə.)

Əl-Əla surəsi Tapıldı

Ayə 2
O kəs ki, (hər bir varlığı) xəlq etdi və (onun tərkib hissələrini yaradılışındakı əsl məqsədə uyğun olaraq) qaydaya saldı (nizamladı).
114 Sürə
6236 Ayə
2942 Tapılan Nəticə
148 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar