Əl-Ənam ‏ surəsi - Ayə: 134

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 134
Şübhəsiz, sizə vəd edilən şey (Bərzəx, Qiyamət, Cənnət və Cəhənnəm) gələcəkdir. Siz Allahı əsla aciz edə bilməzsiniz (Onunla mübarizə aparmaq və ya Ondan qaçmaq qüdrətiniz yoxdur).
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 134. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 134 MÖHSÜN QƏRAƏTİ.

"Həqiqətən, nə vəd edilibsə, o da olasıdır. Siz (Allahı) zəiflədə bilməzsiniz. (Onun cəza və ədalətindən qaça bilməzsiniz).”
Bildirişlər
1. Yalnız Allah mütləq surətdə ehtiyacsızdır. Demək, heç vaxt özümüzü ehtiyacsız saymamalıyıq. Digər bir ayədə buyurulur: "Ey xalq! Hamınız Allaha ehtiyaclısınız, yalnız Odur ehtiyacsız və həmd olunan.” 
2. Günahkarlar elə bu dünyada da qorxmalıdırlar. Çünki Allahın qüdrəti ilə onların məhvi çox asandır.
3. Zülmün kökü ötən iki ayəyə əsasən ya ehtiyacdır, ya da qəlbidaşlıq. Allahda bu sifətlərin heç biri yoxdur.
4. Ehtiyacsızlıq və rəhmət mürəbbiliyin şərtidir.
5. Bəşər cəmiyyətinin davamı Allahın iradəsindən asılıdır.
6. İnsan nəslinin olub-olmamasının Allaha xeyir-zərəri yoxdur.
7. Allah bizim ibadətlərimizdən ehtiyacsızdır. İbadi göstərişlər insanın öz inkişafı üçündür.
8. Allahın rəhməti əhatəlidir. Amma bəzən bəşər işi bir yerə çatdırır ki, Allah hamını məhv edir.
9. İlahi vədlər zarafat yox, qəti gerçəkləşəsi həqiqətdir.
10. Qiyamətdə günahkar kəs ilahi qüdrətə qarşı çıxa bilməz.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.