Quranda Axtarış Edin

Axtarış nəticələri: "İsra" üzrə 195 ayə tapıldı. (161 - 180 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

«(Belə deyin) İsrail övladlarını bizimlə (Şama – öz ana vətənimizə) göndər».
«Məgər İsrail övladlarını kölə etməyin bir nemətdirmi ki, onu mənə minnət qoyursan (halbuki, mən də onlardan biri kimi sənin əsarətində idim)?!»
Firon (İsrail övladlarının qaçmasından xəbərdar olduqdan sonra) şəhərlərə qüvvələr göndərdi (ki, ordu toplasınlar).
(Bizim qüdrət və hikmətimiz) belə idi (belə tələb edirdi) və onların hamısını İsrail övladlarına irs olaraq verdik.
«İsraf edənlərin (həddini aşanların) əmrinə tabe olmayın».
Məgər Bəni-İsrail alimlərinin bundan (bu kitabdan və onun vəsflərindən tamamilə) xəbərdar olmaları onlar (Məkkə müşrikləri) üçün sübut və nişanə deyilmi?
Həqiqətən, bu Qur’an İsrail övladlarına ixtilafda olduqları şeylərin əksəriyyətini (Üzeyirin və İsanın övladlığı, Məsihin qətli və bəzi yeməklərin haramlığı kimi) xəbər verir.
Həqiqətən, sənin Rəbbin onların (İsrail övladlarının arasında Qiyamət günü ixtilafda olduqları bütün məsələlərə dair) Öz hökmü ilə hakimlik edəcəkdir. O, qüdrətli, qalib və (hər şeyi) biləndir.
Həqiqətən, Firon (Misrin padşahı) o torpaqda baş qaldırdı və hakimiyyət tapdı və oranın camaatını müxtəlif dəstələrə parçaladı (hər dəstəyə öz dövlətinin işlərinin bir hissəsini tapşırdı və hər bir dəstəni o birisi ilə düşmən etdi.) Onlardan bir dəstəni (İsrail övladlarından ibarət olan dəstəni) zəifliyə (və qul olmağa) sürüklüyürdü (və bu nəslin kökünün kəsilməsi üçün) oğlanlarının hamısının başını kəsir və qadınlarını (isə) sağ buraxırdı. Həqiqətən, o, fəsad törədənlərdən idi.
Və onlar üçün o torpaqda qüdrət və hakimiyyət vasitələri hazırlayaq (ya onları o torpaqda yerləşdirək), Firona və (onun vəziri) Hamana və qoşunlarına onların (İsrail övladları) tərəfindən qorxduqları və çəkindikləri şeyi göstərək.
Həqiqətən, Qarun Musanın qövmündən (onun əmisi oğlu) idi. (Fironun vergisini İsrail övladlarından almaq üçün məmur olunmuşdu.) (O) onlara qarşı həddini aşdı və zülm etdi. Ona o qədər xəzinələr vermişdik ki, onların açarları güclü bir dəstəyə ağırlıq edirdi. (Yada sal,) o zamanı ki, qövmü ona dedi: «(Malına qürrələnib) sevinmə. Çünki Allah (malına qürrələnib) sevinənləri sevməz».
Şübhəsiz Biz Musaya (səmavi) kitab (Tövrat) verdik, belə isə (sən) onunla görüş (meracda, yaxud Qiyamətdə Allahla və ya Musa ilə görüş) barəsində şəkk və şübhədə olma. Biz onu İsrail övladları üçün doğru yol göstərən bir vasitə etdik.
Kafirlər dəstə-dəstə Cəhənnəmə tərəf sürüklənəcəklər. Nəhayət, ora çatanda onun qapıları açılacaq və gözətçiləri (məzəmmətlə) onlara deyəcəklər: «Məgər sizə özünüzdən (öz cinsinizdən) Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu günün görüşündən qorxudan peyğəmbərlər gəlməmişdi?» Onlar deyərlər: «Bəli (gəlmişdilər), lakin (biz öz küfr və inadkarlığımıza israr etdik və nəhayət Allahın) əzab vədi kafirlərə qəti oldu.»
(Qibtilərin müstəbid hökmdarı) Fironun, (onun vəziri) Hamanın və (İsrail övladlarının azğın qızıl toplayanı) Qarunun yanına! Onlar dedilər: «(Bu kişi) çox yalançı sehrbazdır.»
Fironun ailəsindən olub imanını (onlardan) gizlədən mömin bir kişi dedi: «Məgər siz «mənim Rəbbim Allahdır» deməyə görə bir kişini, sizin üçün Rəbbiniz tərəfindən aydın dəlillər gətirdiyi halda öldürəcəksiniz?! Əgər o yalançı olsa, yalanı öz ziyanınadır. Əgər doğruçu olsa (dünya və axirət əzablarından) vəd etdiyinin (ən azı) bir hissəsi sizə yetişər. Həqiqətən Allah israfçı və yalançını hidayət etmir (və Musa doğruçu olduğu təqdirdə siz israfçı və yalançısınız).»
«Həqiqətən Yusuf bundan (Musadan) qabaq sizin üçün (tovhid və özünün peyğəmbərliyi barəsində) aydın dəlillər gətirdi. Siz həmişə onun gətirdiyi barəsində şəkk içərisində idiniz. Nəhayət elə ki, o öldü, dediniz: «Allah ondan sonra heç vaxt peyğəmbər göndərməyəcəkdir. (Həyatında onu təkzib etdiniz, ölümündən sonra qəbul etdiniz və gələcək peyğəmbərləri inkar etdiniz.) Allah israfçı və şübhə edəni beləcə azğınlıqda boşlayır.
«Şübhəsiz, məni tərəfinə çağırdığınız şeyin dünya və axirətdə bir dəvəti yoxdur (o, nə çağırılmağa layiqdir və nə də bir kəsi öz kəlamı, yaxud peyğəmbər və kitab göndərməklə çağırıb). Bizim qayıdışımız Allaha tərəfdir və israfçılar (bəndəlik həddini aşanlar) od əhlidirlər.
Həqiqətən Biz Musaya hidayət (vasitəsi olan Tövrat kitabı, səhifələr, din və möcüzələr) verdik və İsrail övladlarını həmin kitabın varisi etdik.
İnsana bir nemət əta etdiyimiz zaman (Bizdən) üz döndərir və özünü kənara çəkir. Ona bir şər və zərər yetişəndə isə israrlı və geniş dua etməklə məşğul olur.
O, (İsa) yalnız nemət verdiyimiz və (qeyri-adi bir məxluq kimi dillərdə əzbər və əməldə örnək olması üçün) İsrail övladları üçün bir məsəl etdiyimiz bir bəndə idi.
114 Sürə
6236 Ayə
195 Tapılan Nəticə
10 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar