Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Ən-Nəml ‏ surəsi" üzrə 93 ayə tapıldı. (81 - 93 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Ən-Nəml ‏ surəsi

Ayə 81
Sən (o) korqəlbliləri azğınlıqdan düz yola gətirən deyilsən! Sən (öz dəvətini) yalnız (təbiətlərinin tələbinə görə) iman gətir(ə bil)ənlərə eşitdirə bilərsən. Elə buna görə də (fitrətlərinə uyğun olaraq onlar Bizim müqabilimizdə) təslimdirlər.

Ən-Nəml ‏ surəsi

Ayə 82
(Dünyanın sonlarında aləmin yaradılış təsirlərindən insanlar əqli dəlillərlə Allahı qəbul etmədikdə) onlara verilən əzab vədi yerinə yetdikdə onlar üçün yerdən (möcüzəli bir tərzdə camaatın qəbul etməyə məcbur olmasından ötrü) bir canlı çıxardarıq ki, yer əhli ilə danışsın. Çünki insanlar Bizim ayələrimizə yəqinlik tapmırlar. (Bu canlının xüsusiyyətləri, nə zaman və necə çıxması, bu sözün əsl həqiqəti və ondan sonrakı nəticələr şəriət tərəfindən açıqlanmamışdır).

Ən-Nəml ‏ surəsi

Ayə 83
(Yada sal), hər bir ümmətdən Bizim ayələrimizi təkzib və inkar edən dəstələri toplayacağımız o gün, onlar(ın ilki və sonuncuları) bir yerdə cəm edilər və tutulub saxlanılar.

Ən-Nəml ‏ surəsi

Ayə 84
Hazır olduqları zaman (Allah) buyurar: «Mənim nişanələrimi onlara elminiz çatmadığı halda təkzib və inkarmı etdiniz? Yaxud siz nə edirdiniz (Mənim ayələrimlə necə rəftar edirdiniz)?»

Ən-Nəml ‏ surəsi

Ayə 85
Və etdikləri zülmlərə görə onlar barəsində mütləq olan əzab sözü yerinə yetirilər. Onlar heç danışa da bilməzlər. (Bu üç ayənin məzmunu da Qiyamətdən öncə olacaq hadisələrin sirlərindəndir).

Ən-Nəml ‏ surəsi

Ayə 86
Məgər, gecəni rahatlıqları üçün yaratdığımızı və gündüzü (iş-güclə məşğul olmaları üçün) işıqlı etdiyimizi görmədilərmi? Həqiqətən bunda (bu yaradılışda) iman gətirən bir tayfa üçün (qüdrət və hikmətdən) nişanələr vardır.

Ən-Nəml ‏ surəsi

Ayə 87
(Yada sal) o günü ki, (ilk dəfə) Sur çalınar. Allahın istədiklərindən başqa (məsələn ilk dəfə ölümü dadan ruhlar kimi) göylərdə və yerdə olanların (canlıların) hamısı vəhşətə düşər (və ölərlər). Və Surun (ikinci dəfə) çalınacağı gün Allahın (məhşər dəhşətindən amanda qalmalarını) istədiyi kəslərdən savayı göylərdə və yerdə olanların hamısı (dirilərək) vəhşətə düşər. Dirilənlərin hamısı (Surun üçüncü dəfə çalınması ilə) müti və zəlil bir vəziyyətdə (hesab-kitab üçün) Ona (tərəf) gələrlər.

Ən-Nəml ‏ surəsi

Ayə 88
(O gün) dağları görüb, onları hərəkətsiz və donmuş zənn edərsən. Halbuki, onlar buludun keçdiyi kimi hərəkət edərlər. (Bu) hər bir şeyi möhkəm və əsaslı yaradan Allahın işidir. (Başlanğıc aləmində görülən işin möhkəmliyinin tələbi də bir gün aləmin dağılması və nəticə aləminin yaranmasıdır). Həqiqətən O, etdiklərinizin hamısından xəbərdardır. (Və həmin gün haqq-hesab soruşulacaqdır).

Ən-Nəml ‏ surəsi

Ayə 89
Hər kəs yaxşı əməllə gəlsə, (əvəzində) daha yaxşı (mükafat) onundur (onu gözləyir). Onlar həmin gün qorxu və dəhşətdən amandadırlar.

Ən-Nəml ‏ surəsi

Ayə 90
Və hər kəs pis əməllə gəlsə, üzü üstə oda atılacaq (və onlara deyiləcəkdir:) «Məgər etdiklərinizdən qeyrisinə görəmi cəzalandırılırsınız?»

Ən-Nəml ‏ surəsi

Ayə 91
(Ya Peyğəmbər! De:) « Mənə yalnız bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr olunmuşdur. Elə bir Allaha ki, onu (o şəhəri) möhtərəm saymış və ona toxunulmazlıq vermişdir. (Varlıq aləmindən olan) hər bir şey Ona məxsusdur və mənə Onun iradəsinə təslim olanlardan olmaq əmr edilmişdir.

Ən-Nəml ‏ surəsi

Ayə 92
(Mənə buyurulmuşdur ki,) bu Qur’anı (camaat üçün) oxuyam. Kim düz yola gəlsə, yalnız öz xeyrinə yol tapmışdır və kim yoldan azsa, de ki; «Mən yalnız qorxudanlardanam (və həqiqi hidayət mənim əlimdə deyildir)».

Ən-Nəml ‏ surəsi

Ayə 93
Və de: «Həmd (aləmdəkiləri bu kitaba doğru dəvət etmiş) Allaha məxsusudur. Tezliklə Allah Öz (qəti) nişanələrini sizə (müşriklərə dünyada Bədr günündəki kimi və ya axirətdə) göstərəcək, siz onu tanıyacaqsınız. Sənin Rəbbin etdiklərinizdən xəbərsiz deyildir!»
114 Sürə
6236 Ayə
93 Tapılan Nəticə
5 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar