Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Ən-Nəml ‏ surəsi" üzrə 93 ayə tapıldı. (61 - 80 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Ən-Nəml ‏ surəsi

Ayə 61
(O şəriklərmi yaxşıdır,) yoxsa yeri (insanlar üçün) sabit və aram edən və onun aralanan yerlərindən çaylar axıdan sabit və möhkəm dağlar yaradan, iki dənizin arasında maneə qoyan kəs?! (Dənizə oxşar olan çayların dənizlə kəsişdiyi yerdə, geniş bir ərazidə şirin su ilə duzlu su arasında bir divar yaratdı ki, bir-birləri ilə qarışmasınlar)? Məgər tək olan Allahla yanaşı başqa bir tanrımı var?! (Xeyr) Onların əksəriyyəti bilmirlər.

Ən-Nəml ‏ surəsi

Ayə 62
(O şəriklərmi yaxşıdır) yoxsa darda qalan bir kimsə Onu çağırdığı (dua etdiyi) zaman ona cavab verən, onun zərər və çətinliyini aradan qaldıran, sizi yer (üzünün) canişinləri (Allahın yer üzündə canişinləri və gedənlərin yerində qalanları) edən kəs? Məgər tək olan Allahla yanaşı başqa bir tanrımı var?! Çox az öyüd-nəsihət alırsınız!

Ən-Nəml ‏ surəsi

Ayə 63
(O şəriklərmi yaxşıdır,) yoxsa qurunun və dəryanın zülmətlərində sizə doğru yol göstərən, küləkləri Öz rəhmətindən (yağışdan) öncə bir müjdəçi olaraq göndərən? Məgər bir olan Allahla yanaşı başqa bir tanrı da var? Allah (Ona) şərik qoşduqlarından çox-çox ucadır.

Ən-Nəml ‏ surəsi

Ayə 64
(O şəriklərmi yaxşıdır,) yoxsa məxluqatı öncə yaradan, sonra onları(n hamısını fani etdikdən, yaxud canlıları öldürdükdən sonra, başqa bir aləmə) qaytaran sizə göydən və yerdən ruzi yetirən? Məgər tək olan Allahla yanaşı başqa bir tanrı da var? De: «Əgər düz deyirsinizsə, dəlil – sübutunuzu gətirin».

Ən-Nəml ‏ surəsi

Ayə 65
(Ya Peyğəmbər!) de: «Allahdan başqa göylərdə və yerdə olan heç bir kəs qeybi (şüur sahiblərinin hissiyyatından xaricdə olan aləmləri və elmləri) bilmir və onlar bilmirlər ki, nə vaxt dirildiləcəklər».

Ən-Nəml ‏ surəsi

Ayə 66
(Qiyamət haqdır.) Onların axirətə olan elmi (başları tamam dünyaya qarışdığına görə) qurtarmışdır. Əslində onlar (dəlilləri eşitməklərinə baxmayaraq yenə də) axirət barəsində şəkk–şübhədədirlər. (Bədbəxtlikləri üzündən və qəlblərinə vurulan möhürə görə) axirətə qarşı kordurlar.

Ən-Nəml ‏ surəsi

Ayə 67
Kafir olan kəslər dedilər: «Bizlər və atalarımız torpaq olandan sonra mütləq (nə vaxtsa dirildilib, qəbirlərdən) çıxarılacağıq?!»

Ən-Nəml ‏ surəsi

Ayə 68
«Həqiqətən, bizə və atalarımıza bundan öncə də (dirilmə) vəd olunmuşdu. Amma bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!».

Ən-Nəml ‏ surəsi

Ayə 69
(Ya peyğəmbər!) de: «Yer üzünü gəzib-dolaşın, baxın görün günahkarların axırı necə oldu!»

Ən-Nəml ‏ surəsi

Ayə 70
(Ya peyğəmbər!) Onlar(ın iman gətirməmələrinə və inadkarlıqların)a görə qəm yemə və etdikləri məkr və hiylələrə görə ürəyini sıxma (çünki, Biz səni qoruyuruq).

Ən-Nəml ‏ surəsi

Ayə 71
Və dedilər: «Əgər doğru danışansınızsa bu vəd (dünya əzabı, yaxud Qiyamət əzabı) nə vaxt olacaqdır?!»

Ən-Nəml ‏ surəsi

Ayə 72
De: «Bəlkə də tələsik istədiyinizin (iki tərəf arasında hakim olan əzabın) bir hissəsi sizin arxanızcadır. (Bədr döyüşü günü yetişər)».

Ən-Nəml ‏ surəsi

Ayə 73
(Ya Peyğəmbər!) Həqiqətən, sənin Rəbbin insanlara qarşı (böyük) fəzl və kərəm sahibidir. Lakin onların əksəriyyəti şükr etmir.

Ən-Nəml ‏ surəsi

Ayə 74
Və əlbəttə, sənin Rəbbin onların (ürəklərində) gizli saxladıqlarını da (dil vasitəsilə) aşkar etdiklərini də bilir.

Ən-Nəml ‏ surəsi

Ayə 75
Göylərdə və yerdə elə bir gizlin şey yoxdur ki, açıq – aydın kitabda (Lövhi - məhfuzda) təsbit edilmiş və yazılmış olmasın.

Ən-Nəml ‏ surəsi

Ayə 76
Həqiqətən, bu Qur’an İsrail övladlarına ixtilafda olduqları şeylərin əksəriyyətini (Üzeyirin və İsanın övladlığı, Məsihin qətli və bəzi yeməklərin haramlığı kimi) xəbər verir.

Ən-Nəml ‏ surəsi

Ayə 77
Və əlbəttə o, möminlər üçün başdan – başa hidayət (doğru yol göstərən) və mərhəmətdir.

Ən-Nəml ‏ surəsi

Ayə 78
Həqiqətən, sənin Rəbbin onların (İsrail övladlarının arasında Qiyamət günü ixtilafda olduqları bütün məsələlərə dair) Öz hökmü ilə hakimlik edəcəkdir. O, qüdrətli, qalib və (hər şeyi) biləndir.

Ən-Nəml ‏ surəsi

Ayə 79
Belə isə, Allaha təvəkkül et. Sən, şübhəsiz (din, kitab və mərifətlər baxımından) açıq – aydın haqq yoldasan.

Ən-Nəml ‏ surəsi

Ayə 80
Şübhəsiz, sən ölülərə, (küfr və inad edənlərə) eşitdirə bilməzsən və öz dəvətini üz çevirib dönən karlara çatdıra bilməzsən.
114 Sürə
6236 Ayə
93 Tapılan Nəticə
5 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar