Allahın yerinə (nəinki) heç bir şey yaratmayan, (hətta) özləri yaradılan (yaradılmış olan), özləri üçün heç bir ziyan və xeyirə malik olmayan və öldürməyə, həyat bəxş etməyə və ölümdən sonra diriltməyə qadir olmayan məbudlar götürdülər.
"A d" axtarışı
759 nəticə tapıldı
Quranda Axtarış Edin
Populyar Axtarışlar
60 açar söz
Allah
2426
insan
603
axirət
351
ata
326
insanlar
353
iman
639
Nisa
416
Musa
230
qiyamət
280
isa
536
ibrahim
150
mələklər
209
mələk
245
Hidayət
191
kafirlər
260
Bəqərə surəsi
293
övlad
201
Cəhənnəm
200
elm
220
Mömin
239
ruzi
133
tövbə
194
iman gətirənlər
165
Namaz
119
Müşriklər
150
ölüm
149
zalım
151
möminlər
161
Yaradılış
164
Ətir
802
Yəhudi
63
Məryəm
128
Şeytan
124
Kişi
197
Tövrat
90
qadın
156
Cəhənn
200
Cihad
74
təqvalı
87
əhli-beyt
4
Uf
104
Muhəmməd
63
təqva
110
əqidə
99
zövcə
83
Başçı
43
salam
55
Ailə
66
Yəhudilər
42
Allah yolunda
79
Allaha məxsusdur
63
fəsad
69
Əl-kəhf
110
Həmd
41
Furqan
78
cinlər
59
Allahdan qorxun
49
ədalət
46
mərhəmət
78
Bəqərə
293
Axtarış nəticələri:
"A d" üzrə
759 ayə tapıldı.
Əl-Furqan surəsi - Ayə 13
#25:13
Əl-ayaqları bağlı və bir-birinə zəncirlənmiş halda həmin odda dar bir yerə atılan zaman onlar orada ah-vay və ölüm diləmək fəryadı ucaldarlar.
Əl-Furqan surəsi - Ayə 14
#25:14
(Onlara deyilər:) Bu gün ah-vay və ölüm fəryadını bir dəfə ucaltmayın, ah-vay və ölüm fəryadını çox (dəfələrlə) ucaldın. (Çünki etiqad və əməldə olan hər bir günah üçün əzab, hər bir əzab üçün isə ah-vay və ölüm fəryadı vardır.)
Əl-Furqan surəsi - Ayə 25
#25:25
Və (yada sal) o gün(ü) ki, göy onda olan ağ buludla parçalanar (və ya dünyanın nadanlıq və maddiyyat buludu kənara çəkilər və uca aləmin həqiqətləri zahir olar) və mələklər xüsusi nizamla yerə endirilərlər.
Əl-Furqan surəsi - Ayə 38
#25:38
Və (Hudun qövmü) Adı, (Salehin qövmü) Səmudu, (Şüeybin qövmü olan və ya şam ağacına ibadət edən) Rəss əhlini və bu fasilədə (onların arasında dünyaya gəlmiş) bir çox cəmiyyətləri (həlak etdik).
Əl-Furqan surəsi - Ayə 44
#25:44
Yoxsa onların çoxunun (sənin dediklərini) eşitdiyini və ya düşündüyünü güman edirsən? (Xeyr,) onlar yalnız heyvanlar kimidirlər, hətta daha azğındırlar. (Çünki heyvanlar yaradılışın hədəf və məqsədi istiqamətindəki yollarını instinktlə düzgün gedirlər, bunlar isə yox!)
Əl-Furqan surəsi - Ayə 74
#25:74
Və o kəslər ki, «ey Rəbbimiz, zövcə və övladlarımızdan bizə göz aydınlığı (saleh, pak və təqvalı nəsillər) əta et və (iman müsabiqəsində və ya dinin əsasları, qolları və təlimlərində) bizi təqvalılara başçı et» deyirlər,
Əş-Şuəra surəsi - Ayə 6
#26:6
Beləliklə, həqiqətən, onlar (Bizim ayələrimizi) təkzib etdilər. Odur ki, istehza etdikləri şeyin xəbərləri tezliklə onlara yetişəcəkdir (verilən vədləri Bərzəxdə, ya Qiyamətdə başa düşəcəklər).
Əş-Şuəra surəsi - Ayə 8
#26:8
Həqiqətən, bunda (Bizim tovhidimiz, qüdrətimiz və rəhmətimizə dair) bir əlamət vardır. Amma onların əksəriyyəti (fitrətlərinin çirkinliyi ucbatından) iman gətirməmişlər və (bundan sonra da) iman gətirməyəcəklər.
Əş-Şuəra surəsi - Ayə 25
#26:25
Firon öz ətrafındakılara dedi: «(Onun sözlərinə) qulaq asırsınızmı?! (O, necə də mənim sualımı olduğu kimi təkrarlayır. Mən ondan Rəbbin mahiyyətini soruşuram, Musa isə mənə Onun işləri haqqında cavab verir)?!»
Əş-Şuəra surəsi - Ayə 28
#26:28
Musa dedi: (O,) «Şərqin və qərbin (günəşin doğduğu və qürub etdiyi bütün planetlərin çıxma və batma yerinin) və bu ikisinin arasında olan hər bir şeyin Rəbbidir, əgər düşünsəniz?».
Əş-Şuəra surəsi - Ayə 30
#26:30
Musa dedi: «Hətta sənə açıq-aydın bir şey (iddianın doğruluğunu sübut edəcək aydın və aşkar bir möcüzə) gətirsəm də?!»
Əş-Şuəra surəsi - Ayə 34
#26:34
Firon ətrafındakı əyanlara dedi: «Həqiqətən, bu, çox bilikli bir sehrbazdır!»
Əş-Şuəra surəsi - Ayə 41
#26:41
Sehrbazlar gəldikdə Firona dedilər: «Əgər qalib gəlsək, bizim üçün bir mükafat olacaqmı?!»
Əş-Şuəra surəsi - Ayə 43
#26:43
Musa onlara dedi: «Nə atacaqsınızsa atın».
Əş-Şuəra surəsi - Ayə 49
#26:49
Firon dedi: «Mən sizə izn verməzdən öncəmi ona iman gətirdiniz?! Şübhəsiz ki, o sizə sehr öyrətmiş olan böyüyünüzdür (sizin bu mübarizəniz süni idi). Belə isə tezliklə bilərsiniz! Mütləq sizin əllərinizi və ayaqlarınızı bir-birlərinə çarpaz (birini sağdan və birini soldan) kəsdirib sizi hamılıqla dar ağacından asacağam».
Əş-Şuəra surəsi - Ayə 52
#26:52
Musaya belə vəhy etdik: «Mənim bəndələrimi gecə vaxtı çıxart, çünki siz təqib ediləcəksiniz (bununla da sizin qurtuluşunuzun və Fironun adamlarının həlakının müqəddiməsi hazırlanacaqdır)».
Əş-Şuəra surəsi - Ayə 62
#26:62
Musa dedi: «Belə deyildir, şübhəsiz, Rəbbim mənimlədir, tezliklə mənə (nicat yolunu) göstərəcəkdir».
Əş-Şuəra surəsi - Ayə 63
#26:63
Sonra Musaya vəhy etdik ki: «Öz əsanla dənizə vur». Dəniz (əsanın vurulmasıyla on iki yerdən yol kimi) bölündü və (iki yolun arasında olan) hər bir hissə böyük bir dağ kimi oldu.
Əş-Şuəra surəsi - Ayə 70
#26:70
O zaman o, atasına və öz tayfasına demişdi: «Siz nəyə ibadət edirsiniz?»
759
Tapılan Ayə
6236
Ümumi Ayə
114
Sürə Sayı
38
Səhifə