Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Ən-Nəbə surəsi" üzrə 40 ayə tapıldı. (21 - 40 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Ən-Nəbə surəsi

Ayə 21
Əlbəttə, Cəhənnəm (o gün bir) pusqudur. (Mələklər «sirat» körpüsünün yanında möminləri düşməndən qorumaq və kafirləri Cəhənnəmə çəkmək üçün pusqu qurarlar).

Ən-Nəbə surəsi

Ayə 22
Üsyankarlar üçün dönüş yeridir.

Ən-Nəbə surəsi

Ayə 23
Onlar uzun müddət (əbədiyyətə qədər) orada qalacaqlar.

Ən-Nəbə surəsi

Ayə 24
Onlar orada nə bir sərinlik (sərin hava və su) dadarlar, nə də içəcək.

Ən-Nəbə surəsi

Ayə 25
Qaynar sudan və çirk və qan qarışıq sudan (irindən) başqa

Ən-Nəbə surəsi

Ayə 26
(Onların dünyadakı əqidə, əxlaq və əməllərinə) uyğun cəza olaraq.

Ən-Nəbə surəsi

Ayə 27
Həqiqətən, onlar haqq-hesab (günün)ə heç bir ümid bəsləmirdilər.

Ən-Nəbə surəsi

Ayə 28
Və Bizim ayələrimizi və nişanələrimizi şiddətlə və israrla təkzib edirdilər.

Ən-Nəbə surəsi

Ayə 29
Biz hər bir şeyi saymış, Lövhi-Məhfuz kitabında yazmışıq və onların hər bir əməlini əməl dəftərlərində qeyd etmişik.

Ən-Nəbə surəsi

Ayə 30
Odur ki, dadın (əzabı!) Biz sizə əzabdan başqa əsla bir şey artırmayacağıq!

Ən-Nəbə surəsi

Ayə 31
Həqiqətən, təqvalılar üçün qurtuluş, səadət və nicat yeri var.

Ən-Nəbə surəsi

Ayə 32
Hasara alınmış bağlar və üzümlüklər,

Ən-Nəbə surəsi

Ayə 33
Nar məməli həmyaşıd qızlar,

Ən-Nəbə surəsi

Ayə 34
Və (müxtəlif şərablar və şərbətlərlə) dolu camlar (vardır).

Ən-Nəbə surəsi

Ayə 35
Onlar orada əsla nə boş söz eşidərlər, nə də bir yalan və təkzib; (Allah və mələklər onları və onlar da bir-birlərini təkzib etməzlər).

Ən-Nəbə surəsi

Ayə 36
(Bu) sənin Rəbbinin tərəfindən bir mükafat(dır), kifayət qədər olan və keçmiş əməllərə görə verilən bir bəxşişdir.

Ən-Nəbə surəsi

Ayə 37
(O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir. (O,) Məhşər əhlinin Onun hüzurunda söz deməyə (müstəqil surətdə şəfaət etməyə, yaxud Onun mühakiməsinə, mükafatına və cəzasına etiraz etməyə) əsla qadir olmadığı həmin Rəhman (olan Allah)dır.

Ən-Nəbə surəsi

Ayə 38
Ruhun (Cəbrail, yaxud mələklərin başçısı və ya mələk cinsindən olmayan başqa şərafətli bir varlıq) və mələklərin səf-səf duracağı gün Rəhman (olan Allah)ın izn verdiyi kəslərdən başqa heç kəs danışmayacaq, (danışan da) doğru danışacaq.

Ən-Nəbə surəsi

Ayə 39
O gün haqq olan gündür, odur ki, kim istəyirsə (elə indidən) öz Rəbbinə tərəf bir dönüş yolu tutsun (elə əqidə və əməllər seçsin ki, Ona yetişsin).

Ən-Nəbə surəsi

Ayə 40
Həqiqətən, Biz sizi yaxın olan əzabla qorxutduq. Elə bir gün(lə) ki, (o gün) hər kəs öz əlləri ilə öncədən göndərdiklərinə baxar, kafir deyər: «Kaş ki, torpaq olaydım (və heç bir məsuliyyətim olmayaydı)».
114 Sürə
6236 Ayə
40 Tapılan Nəticə
2 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar