Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Ən-Nəbə surəsi" üzrə 40 ayə tapıldı. (1 - 20 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Ən-Nəbə surəsi

Ayə 1
(Kafirlər) bir-birlərindən nə haqqında soruşurlar?

Ən-Nəbə surəsi

Ayə 2
Böyük bir xəbər (Qiyamətin gəlməsi, yaxud Qur’anın haqq olması) haqqında.

Ən-Nəbə surəsi

Ayə 3
Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar (bəzisi onu qeyri-mümkün, bəzisi onu az ehtimal olunan, bəzisi şəkk-şübhə etmiş və bəzisi də bunu bilməklərinə baxmayaraq inkar etmişlər).

Ən-Nəbə surəsi

Ayə 4
Xeyr, belə deyildir (onların düşündüyü kimi deyil). Tezliklə biləcəklər.

Ən-Nəbə surəsi

Ayə 5
Yenə də xeyr, belə deyildir. Onlar tezliklə biləcəklər. (Bu iki ayə «böyük xəbər»i inkar edənlər üçün bir təhdiddir).

Ən-Nəbə surəsi

Ayə 6
Məgər Biz yeri rahatlıq beşiyi etmədikmi? (Bu ayədən etibarən on altıncı ayəyə qədər, «böyük xəbər»in isbatı üçün doqquz dəlil gətirilir).

Ən-Nəbə surəsi

Ayə 7
Dağları (onun səthində) mıxlar (etmədikmi)?

Ən-Nəbə surəsi

Ayə 8
Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.

Ən-Nəbə surəsi

Ayə 9
Yuxunuzu (bədəninizin) rahatlıq vasitəsi etdik. (və ruhun bədənə göstəriş vermə imkanının bir növ kəsilmə vasitəsi etdik).

Ən-Nəbə surəsi

Ayə 10
Gecəni (hər şeyi bürüyən) örtük etdik.

Ən-Nəbə surəsi

Ayə 11
Gündüzü yaşayış və dolanışıq üçün çalışma vaxtı etdik.

Ən-Nəbə surəsi

Ayə 12
Sizin başınızın üstündə yeddi möhkəm və sabit göy qurduq.

Ən-Nəbə surəsi

Ayə 13
Olduqca parlaq və yandırıcı bir çıraq (günəş) yaratdıq.

Ən-Nəbə surəsi

Ayə 14
(Buluda) təzyiq göstərən küləklərdən və topa halında bir-birinə sıxılmış buludlardan (yağış, qar və dolu şəklində) bolluca axar su nazil etdik ki,

Ən-Nəbə surəsi

Ayə 15
Onunla dən və bitkiləri (torpağın köksündən) çıxaraq.

Ən-Nəbə surəsi

Ayə 16
(Eləcə də) çoxlu sayda və bir-birinə sarmaşan ağacları olan bağlar.

Ən-Nəbə surəsi

Ayə 17
Həqiqətən, (insanlar arasında) hökmetmə və (haqla batilin, yaxşıyla pisin) ayrılma günü (İlahinin əzəli elmində və Lövhi-Məhfuzda yazılana uyğun olaraq) vəd olunmuş bir vaxtdır (hamının bir-birini tanıması, bütün işlərə baxılma, yaxşı və pis işlərin müəyyən edilməsi, mükafat və cəzaların verilmə vədəsidir. Bu ayədən etibarən surənin axırınadək «böyük xəbər»in baş verməsi, bəşər idrakından yuxarı olan o səhnənin hadisələri və həqiqətləri vəsf olunur).

Ən-Nəbə surəsi

Ayə 18
Sura (üçüncü dəfə) üfürüləcəyi gün siz (qəbirlərdən çıxıb haqq-hesab olunmaq üçün) dəstə-dəstə gələcəksiniz.

Ən-Nəbə surəsi

Ayə 19
(O gün) göy açılar və (çoxlu sayda mələklərin nazil olması üçün) qapılar şəklinə düşər.

Ən-Nəbə surəsi

Ayə 20
Dağlar (öz yerlərindən) hərəkətə gətirilər və (məhv olar və nəzərlərdə) ilğıma dönər.
114 Sürə
6236 Ayə
40 Tapılan Nəticə
2 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar