Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əl-Mutəffifin surəsi" üzrə
36 ayə tapıldı.
(21 - 36 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Mutəffifin surəsi
Ayə 21
(Allah) dərgahına yaxın olanlar onu görərlər və mələklər onun yanında hazır olarlar.
Əl-Mutəffifin surəsi
Ayə 22
Şübhəsiz, yaxşı əməl sahibləri bolluca nemət içindədirlər.
Əl-Mutəffifin surəsi
Ayə 23
Zinətlənmiş fəxri kürsülər üzərində (əyləşib) (Cənnət nemətlərinə və Haqqın camalına) tamaşa edərlər.
Əl-Mutəffifin surəsi
Ayə 24
Sən onların üzlərində bolluca nemət sevinci və təravəti görərsən.
Əl-Mutəffifin surəsi
Ayə 25
Onlara saf və xalis, möhürlənmiş şərabdan içirdilər.
Əl-Mutəffifin surəsi
Ayə 26
Onun möhrü müşkdəndir və son qurtumları müşk ətri verər. Qoy yarışanlar bu nemətlər üçün yarışsınlar! (Dünyada xeyir əməllərdə bir – birini ötsünlər).
Əl-Mutəffifin surəsi
Ayə 27
Və o şərabın qarışığı (yuxarıdan aşağıya axan) «təsnim» (çeşməsin)dəndir.
Əl-Mutəffifin surəsi
Ayə 28
O elə bir çeşmədir ki, ondan (Allah) dərgahına yaxın olanlar içərlər.
Əl-Mutəffifin surəsi
Ayə 29
Həqiqətən, günahkarlar (dünyada) iman gətirənlərin halına gülürdülər.
Əl-Mutəffifin surəsi
Ayə 30
Onların yanlarından keçərkən, (məsxərə edərək) qaş – gözlə bir – birinə işarə edirdilər.
Əl-Mutəffifin surəsi
Ayə 31
Öz adamlarının yanına dönəndə, (onlara məsxərə etdiklərinə görə) şad halda dönürdülər.
Əl-Mutəffifin surəsi
Ayə 32
Onları gördükdə: «Şübhəsiz, bunlar azmışlardır»- deyirdilər.
Əl-Mutəffifin surəsi
Ayə 33
Halbuki, onlar bunlar (möminlər) üzərində nəzarətçi göndərilməmişdilər (ki, onların haqq yola gəlmələrinə və ya azğınlıqda qalmalarına nəzarət etsinlər).
Əl-Mutəffifin surəsi
Ayə 34
Bu gün (isə) iman gətirənlər kafirlərə gülərlər.
Əl-Mutəffifin surəsi
Ayə 35
Onlar (Cənnət) taxtlar(ının) üzərində (əyləşərək Cənnətdəkilərin və Cəhənnəmdəkilərin) halına tamaşa edərlər.
Əl-Mutəffifin surəsi
Ayə 36
(Tamaşa edərlər ki,) görəsən kafirlərə, etdikləri əməllərinə görə cəza verildimi? (Ya batil əqidələri və əməlləri vücudlarında təcəssüm olunmaqla cəzalandırıldılarmı?)