Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Əl-Mutəffifin surəsi" üzrə 36 ayə tapıldı. (1 - 20 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əl-Mutəffifin surəsi

Ayə 1
Vay halına əskik satanların!

Əl-Mutəffifin surəsi

Ayə 2
O kəslər ki, özləri insanlardan ölçü ilə bir şey aldıqda, onu tam ölçüb alarlar,

Əl-Mutəffifin surəsi

Ayə 3
Onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onu əskildərlər.

Əl-Mutəffifin surəsi

Ayə 4
Məgər onlar güman etmirlərmi ki, (haqq-hesab üçün) dirildiləcəklər,

Əl-Mutəffifin surəsi

Ayə 5
Böyük bir gündə?!

Əl-Mutəffifin surəsi

Ayə 6
O gün bütün insanlar (haqq-hesab və mühakimə olunmaq üçün) aləmlərin Rəbbinin hüzurunda duracaqlar!

Əl-Mutəffifin surəsi

Ayə 7
Belə deyildir (Onların güman etdiyi kimi deyil. Onlar güman edirlər ki, heç bir hesab – kitab yoxdur). Şübhəsiz, pis əməl sahiblərinin cəza əməl dəftəri «Siccin»dədir.

Əl-Mutəffifin surəsi

Ayə 8
Və sən nə bilirsən ki, «Siccin» nədir?

Əl-Mutəffifin surəsi

Ayə 9
(O,) rəqəmlənmiş (yazılmış) (əhatəli) bir kitabdır (bütün pis əməl sahiblərinin cəzası orada qeyd olunmuşdur).

Əl-Mutəffifin surəsi

Ayə 10
Vay halına o günü təkzib edənlərin.

Əl-Mutəffifin surəsi

Ayə 11
O kəslərin ki, cəza gününü təkzib edirlər.

Əl-Mutəffifin surəsi

Ayə 12
Və onu ancaq həddini aşan daim günah edən şəxs təkzib edər.

Əl-Mutəffifin surəsi

Ayə 13
O kəs ki, Bizim ayələrimiz ona oxunduğu zaman «Bu keçmişdəkilərin əfsanələridir»-deyər.

Əl-Mutəffifin surəsi

Ayə 14
Belə deyildir (Bizim ayələrimiz əfsanə deyil), əslində onların qəlblərini qazandıqları (günahlar) paslandırmışdır.

Əl-Mutəffifin surəsi

Ayə 15
Belə deyil (Onların güman etdiyi kimi deyil,) şübhəsiz, o gün onlar Rəbbin(in lütfün)dən məhrum olacaqlar.

Əl-Mutəffifin surəsi

Ayə 16
Sonra onlar mütləq cəhənnəmə daxil olacaqlar, (onun hərarətini dadacaq və orada yanacaqlar.)

Əl-Mutəffifin surəsi

Ayə 17
Sonra da onlara: «Bu, həmin təkzib və inkar etdiyinizdir!» deyiləcəkdir.

Əl-Mutəffifin surəsi

Ayə 18
Belə deyildir (hesab – kitabsız deyil), həqiqətən, yaxşı əməl sahiblərinin mükafat əməl dəftəri «İlliyyin»dədir.

Əl-Mutəffifin surəsi

Ayə 19
Sən nə bilirsən ki, «İlliyyin» nədir?

Əl-Mutəffifin surəsi

Ayə 20
(O,) rəqəmlənmiş (yazılmış) (əhatəli) bir kitabdır (yaxşıların mükafatı orada qeyd olunmuşdur),
114 Sürə
6236 Ayə
36 Tapılan Nəticə
2 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar