Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əl-Mursəlat surəsi" üzrə
50 ayə tapıldı.
(21 - 40 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Mursəlat surəsi
Ayə 21
Məgər sizi (Adəm övladını) zəif və dəyərsiz sudan (nütfədən) yaratmadıqmı?
Əl-Mursəlat surəsi
Ayə 22
Müəyyən bir müddətədək.
Əl-Mursəlat surəsi
Ayə 23
Beləliklə, Biz (insanı həmin sudan düzəltməyə) qadir olduq. Nə gözəl qadir olanlarıq. Biz (Onu cism, üzvlər, ruh, xüsusiyyətlər və ehtiyac baxımından) ölçdük. Nə gözəl ölçənlərik Biz.
Əl-Mursəlat surəsi
Ayə 24
O gün vay halına təkzib edənlərin!
Əl-Mursəlat surəsi
Ayə 25
Məgər yeri fəzada sürətlə hərəkət edən və (müxtəlif sakinlər üçün) geniş və məskunlaşdırıcı etmədikmi?
Əl-Mursəlat surəsi
Ayə 26
Dirilər və ölülər üçün?
Əl-Mursəlat surəsi
Ayə 27
Onun üzərində möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.
Əl-Mursəlat surəsi
Ayə 28
O gün vay halına təkzib edənlərin!
Əl-Mursəlat surəsi
Ayə 29
(Məhşər haqq-hesabı qurtardıqdan sonra onlara deyiləcəkdir:) «Təkzib etdiyinizə tərəf gedin».
Əl-Mursəlat surəsi
Ayə 30
«Gedin üç qolu olan kölgəyə tərəf (Bu qatı tüstüdən ibarət olan kölgə, dünyada heyvaniyyətin, yırtıcılığın və şeytançılığın nəfs üzərindəki qələbəsinin eynilə təcəssümüdür)».
Əl-Mursəlat surəsi
Ayə 31
O nə kölgə salar və nə də odun şöləsindən qoruyar.
Əl-Mursəlat surəsi
Ayə 32
Həqiqətən, elə qığılcımlar saçar ki, (böyüklükdə) sanki (hər biri) uca bir binadır (yaxud böyük xurma ağacının gövdəsidir).
Əl-Mursəlat surəsi
Ayə 33
(O qığılcımlar) sanki sarı rəngli dəvələrdir.
Əl-Mursəlat surəsi
Ayə 34
O gün vay halına təkzib edənlərin!
Əl-Mursəlat surəsi
Ayə 35
Bu elə bir gündür ki, onlar (Məhşərin bəzi duracaqlarında) danışmazlar dinməzlər.
Əl-Mursəlat surəsi
Ayə 36
Və onlara (söz deməyə) izn verilməz, beləliklə də üzr istəyə bilməzlər (çünki heç bir üzrləri yoxdur).
Əl-Mursəlat surəsi
Ayə 37
O gün vay halına təkzib edənlərin!
Əl-Mursəlat surəsi
Ayə 38
Bu, sizi də, sizdən əvvəlkiləri də hamılıqla bir yerə topladığımız, mühakimə və (yaxşıları pislərdən) ayırma günüdür.
Əl-Mursəlat surəsi
Ayə 39
Əgər (bu gün əzabdan nicat tapmaq üçün) bir çarəniz və hiyləniz varsa, Mənə qarşı işlədin.
Əl-Mursəlat surəsi
Ayə 40
O gün vay halına təkzib edənlərin!