Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əl-Mursəlat surəsi" üzrə
50 ayə tapıldı.
(1 - 20 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Mursəlat surəsi
Ayə 1
And olsun bir – birinin ardınca (yaradılış aləminin işlərinin idarəsi üçün) göndərilən mələk dəstələrinə (və and olsun «həşr» (dirilmə) günündə öz yeni bədənlərinə doğru sıx bir tərzdə – göndərilən möminlərin Bərzəx ruhlarına).
Əl-Mursəlat surəsi
Ayə 2
(And olsun öz məqsədlərinə doğru) şiddətli yel kimi gedənlərə.
Əl-Mursəlat surəsi
Ayə 3
And olsun xüsusi bir tərzlə yayan mələklərə (həyat ruhunu canlılara, ruzini dirilərə, vəhyi peyğəmbərlərə və əməl dəftərlərini Məhşər əhlinə yetirən mələklərə),
Əl-Mursəlat surəsi
Ayə 4
(And olsun) aydın və aşkar bir tərzlə (haqqı batildən) ayıranlara,
Əl-Mursəlat surəsi
Ayə 5
(And olsun) zikri (Qur’anı və öyüd – nəsihəti insanların qəlbinə) çatdıranlara ki,
Əl-Mursəlat surəsi
Ayə 6
(Bütün bu çatdırılmış və yayılmış mərifətlər təkzib edənlərin bəhanə gətirmələrinə yer qoymamaq üçün) dəlil-sübutların (təqdim edilərək) tamamlanması, ya (öyüd-nəsihət qəbul edənlərin) qorxudulması və xəbərdarlıq edilməsi üçündür.
Əl-Mursəlat surəsi
Ayə 7
(Bütün bunlara And olsun ki,) sizə vəd edilən (Qiyamət günü) şübhəsiz, baş verəcəkdir.
Əl-Mursəlat surəsi
Ayə 8
Ulduzlar məhv olacağı,
Əl-Mursəlat surəsi
Ayə 9
Göy yarılacağı,
Əl-Mursəlat surəsi
Ayə 10
Dağlar yerindən qopacağı,
Əl-Mursəlat surəsi
Ayə 11
(Allah) peyğəmbərlər(in)in (ümmətin mühakimə olunması və onlara şahidlik etmələri üçün) hazır ediləcəkləri vaxt müəyyən olduqda (Qiyamət baş verər).
Əl-Mursəlat surəsi
Ayə 12
(Bu hadisələrin baş verməsi) hansı bir gün üçün təxirə salınmışdır?
Əl-Mursəlat surəsi
Ayə 13
Mühakimə və (yaxşıların pislərdən) ayrılma günü üçün.
Əl-Mursəlat surəsi
Ayə 14
Sən nə bilirsən «ayrılma» günü nədir (nə qədər əhəmiyyətlidir)?!
Əl-Mursəlat surəsi
Ayə 15
O gün vay halına təkzib edənlərin!
Əl-Mursəlat surəsi
Ayə 16
Məgər Biz əvvəlki (tüğyankar və kafir)ləri məhv etmədikmi?!
Əl-Mursəlat surəsi
Ayə 17
Sonra axırda gələnləri də onların ardınca (məhvə və əzaba) daxil edərik.
Əl-Mursəlat surəsi
Ayə 18
Biz günahkarlarla belə rəftar edirik.
Əl-Mursəlat surəsi
Ayə 19
O gün vay halına təkzib edənlərin!
Əl-Mursəlat surəsi
Ayə 20
O gün vay halına təkzib edənlərin! .