Yusif surəsi · 89-cu ayə

Dedi: «Heç cahil və nadan olduğunuz zaman Yusuf və qardaşı ilə nə etdiyinizi bilirsiniz?!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 89
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Yusif) dedi: "Bildinizmi nadan olduğunuz vaxt Yusif və onun qardaşı ilə nə etdiniz?!”
Nöqtələr
Bir sualda həm müsbət, həm də mənfi məqsədlər ola bilər. Yusif öz qardaşlarına onların əməllərini xatırlatdı. Mümkündür ki, o, macəradan xəbərdar olduğunu bildirmək istəyirdi. Bu sual başqa məqsədlə də ünvanlana bilərdi. Yəni "siz pislik etdiniz, tövbə edin.” Yusif öz sualı ilə məclisdə iştirak edən Benyamini sakitləşdirmək istəyə bilərdi. Yusifin məqsədi qardaşlarının məzəmməti də ola bilər. O öz sualı ilə anlatmaq istəyə bilər ki, bir bu qədər cinayətdən sonra bəxşiş gözləmək yersizdir.
Yuxarıdakı ehtimallardan ilk üç ehtimal Yusifin şəxsiyyətinə uyğundur. Yusifin qardaşlarını məzəmmət edərək öz izzətini göstərmək istəməsi onun kəraməti ilə bir araya sığmır. O özünə qarşı oğurluq ittihamını eşitsə də bu ittihama cavab vermir, sadəcə, "siz daha pis mövqedəsiniz” deyir.
Cəhalət təkcə bilməmək yox, nəfs istəklərinin qələbəsi, bir növ diqqətsizlikdir. Günahkar insan nə qədər alim olsa da, cahildir. Çünki diqqətsizdir və cəhənnəm odunu satın alır.
Bildirişlər
1. Xəta və günahların qeyd dəftəri bir gün açılacaq.
2. Böyük qəlbli insanlar qarşı tərəfin gördüyü xilaf işin xırdalıqlarına varmırlar.
3. Qüdrətə çatdıqda məzlumları yaddan çıxarmayın.
4. Geniş qəlblilik odur ki, xətakara üzr yolu göstərilsin.

Tez-tez Verilən Suallar

Yusif surəsi 89-cu ayə haqqında suallar və cavablar

Yusif surəsinin 89-cu ayəsi nə haqqındadır?
Dedi: «Heç cahil və nadan olduğunuz zaman Yusuf və qardaşı ilə nə etdiyinizi bilirsiniz?!»
Yusif surəsi 89-cu ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 89-cu ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 89-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 89-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 89-cu ayənin təfsiri nədir?
"(Yusif) dedi: "Bildinizmi nadan olduğunuz vaxt Yusif və onun qardaşı ilə nə etdiniz?!” Nöqtələr Bir sualda həm müsbət, həm də mənfi məqsədlər ola bilər. Yusif öz qardaşlarına onların əməllərini xatırlatdı. Mümkündür ki, o, macəradan xəbərdar olduğunu bildirmək istəyirdi. Bu sual başqa məqsədlə də ünvanlana bilərdi. Yəni "siz pislik etdiniz, tövbə edin.” Yusif öz sualı ilə məclisdə iştirak edən Benyamini sakitləşdirmək istəyə bilərdi. Yusifin məqsədi qardaşlarının məzəmməti də ola bilər. O öz su...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.