"(Növbəti dəfə) Yusifin yanına gəldikləri vaxt dedilər: "Ey Əziz! Qıtlıq bizi və ailəmizi ağuşuna alıb və (buğda almaq üçün) az (əvəz) mal gətirmişik. (Buna baxmayaraq) bizim payımızı bütöv ver və bizə bağışla. Çünki Allah kərəm və bəxşiş sahiblərinə mükafat verir.”
Nöqtələr
"Bizaət” dedikdə dəyər, əvəz, pul kimi ödənən mal nəzərdə tutulur. "Əzca” kökündən olan "muzcat” sözü rədd etmək mənasını bildirir. Satıcılar adətən az ödənişi, qiyməti qaytarmadığından, bu ödənc "bizaətin muzcat” adlandırırlar.
Bəzi təfsirçilər deyirlər: Ayədə Benyaminin geri qaytarılması istəyi "təsəddəq ələyna” ("bizə bağışla”) cümləsi ilə ifadə olunmuşdur.
Rəvayətdə deyilir: "Yəqub Yusifə yazdığı məktubda onun haqqında xoş sözlər deyir, Kənandakı qıtlıq haqqında danışır, Benyaminin azadlığını istəyir, övladının oğurluq etmədiyini bildirir. O bu məktubu qardaşları vasitəsi ilə Yusifə göndərir. Yusif qardaşlarının yanında məktubu oxudu, öpdü və gözlərinin üstünə qoydu. Onun göz yaşları libasının üstünə düşürdü. Hələ ki, Yusifi tanımayan qardaşları heyrətə gəlmişdilər. Atalarına qarşı belə bir ehtiramın səbəbi nə idi? Onların qəlbində yavaş-yavaş ümid işığı közərirdi. Yusifin gülüşünü gördükdə, "olmaya bu Yusifdir” deyə düşündülər.
Bildirişlər
1. Yəqub üçün mühüm olan Yusif idi. Övladlarını isə buğda düşündürürdü.
2. Təhqir edənlər bir gün təhqir olunur. Bir gün gücü ilə öyünən, "biz güclüyük, qardaşımız oğrudur, atamız aşkar azğınlıqdadır” deyən övladlar əskilərək ağız açdılar.
3. Kömək istəyərkən xüsusi qaydalara əməl olunmalıdır. Yardım göstərənin haqqında xoş söz, insanın öz halını və ehtiyacını bəyan etməsi, büdcə azlığı, yardım göstərəcək şəxsdə maraq oyatmaq, yoxsulluq və ehtiyac:
|
Şir dönüb olursa bir tülkü məzac,
Səbəb ehtiyacdır, yalnız ehtiyac.
|