Yusif surəsi - Ayə: 90

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 90
Dedilər: «Yoxsa doğrudan sən özün Yusufsan?!» Dedi: «(Bəli,) mən Yusufəm və bu da mənim qardaşımdır. Həqiqətən Allah bizim boynumuza haqq qoydu (bizi zillətdən izzətə, ayrılıqdan vüsala və nadanlıqdan elmə çatdırdı). Çünki, kim təqvalı olsa və səbr etsə (mükafatlandırılar). Həqiqətən Allah yaxşı əməl sahiblərinin mükafatını zay etməz».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 90. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 90 MÖHSÜN QƏRAƏTİ.

"Yoxsa sən Yusifsən? Dedi: Mən Yusifəm, bu da mənim qardaşımdır. Həqiqətən, Allah bizə minnət qoydu. Çünki hər kəs təqva və səbir yolunu seçsə, həqiqətən, Allah xeyir iş görənlərin mükafatını zay etməz.”
Nöqtələr
Yəqubun məktubunu oxuyarkən Əzizi-Misrin ağlaması vaxt ötdükcə qardaşları daha çox təəccübləndirirdi. Əziz Yusifin macərasını haradan bilirdi? Doğrusu, onun qiyafəsi Yusifə çox oxşayırdı. Yoxsa o Yusif özüdür? Düşündülər ki, özündən soruşsaq yaxşıdır. Görəsən Yusif olmasa bizi divanə saymazlarmı? Əgər Yusif olsa xəcalətimizdən nə edərik? Bu həyəcan qardaşların bütün vücudunu bürümüşdü. Nəhayət, sükutu "sən Yusifsənmi?” sualı ilə pozdular.
Həmin məqamda hansı səhnə yarandı? Bu səhnədəki xəcaləti, şadlığı, göz yaşını, qucaqlaşmanı hansı rəssam təsvir edə bilər? Bunu yalnız Allah bilir!
Xalqın inkişaf və tərbiyəsi üçün stimul yaratmaq, onların suallarını cavablandırmaq lazımdır. Yusifin qardaşlarında daim axtarış və sual vermək həvəsi vardı. Soruşurdular ki, nə üçün Benyaminin gətirilməsi israr olunub? Nə üçün qab onların yükündə tapıldı? Nə üçün pulumuz qaytarıldı? Bu şəxs Yusifin əhvalatını haradan bilir? Yoxsa bir daha bizə pay verməyəcək? Bütün bu həyəcanlar zirvəyə çatdığı vaxt soruşdular: "Yoxsa sən Yusifsən?” Yusif buyurdu: "Bəli...”
İmam Sadiq (ə) buyurur: "Həqiqətən, həzrət Mehdidə (ə) Yusif sünnəsi var... Allah ona özünü tanıtdırmağa izn verməyənədək xalq o həzrəti tanımaz.”
Bildirişlər
1. Dövrün ötməsi, acılı-şirinli hadisələr rabitələri və bilikləri dəyişir.
2. Allahın övliyaları ixtiyarlarında olan bütün nemətləri Allahdan bilirlər.
3. Səbir və təqvanın mükafatı dünyada da verilir.
4. Yalnız hadisələr, həsəd, şəhvət, təhqir, zindan, mənfi təbliğat sınağından keçmiş insanlar hakim olmağa layiqdirlər.
5. Münasib məqamlardan təbliğ üçün istifadə edin. (Qardaşlar xəcalətli vəziyyətə düşdükdə və Yusifin sözlərini qəbul etməyə hazır olduqda Yusif onları dəvət etdi.)
6. Allahın lütfü hikmət və ölçü əsasındadır.
7. Səbir və təqva izzət zəminidir.
8. Təqva və səbir xeyir əməl sahiblərinin xüsusiyyətlərindəndir.
9. Salehlərin hakimiyyəti ilahi sünnətlərdən biridir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.