Yusif surəsi - Ayə: 87

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 87
«Ey mənim oğlanlarım, gedin Yusufu və qardaşını axtarın və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 87. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 87 MÖHSÜN QƏRAƏTİ.

"Ey oğlanlarım! (Növbəti dəfə Misirə) gedin və Yusiflə qardaşını axtarın. Allahın rəhmətindən ümidinizi üzməyin. Həqiqət budur ki, kafir qövmdən qeyrisi Allahın rəhmətindən ümidini üzməz.”
Nöqtələr
"Təhəssəs” dedikdə hiss yolu ilə bir şeyi axtarmaq nəzərdə tutulur. "Təcəssəs” pislikləri axtarmaq, "təhəssəs” yaxşılıqları axtarmaqdır.
Rağibin təbirincə, "rəvh” və "ruh” can, ruh mənasını bildirir. Amma "rəvh” sözü bəzən qurtuluş və rəhmət mənasında işlədilir. Müşküllər, düyünlər açıldıqca insana sanki yeni bir ruh üfürülür.
"Tibyan” təfsirində deyilir: "Ruh” sözü "rih” sözündəndir. Xəfif meh insanı rahatlaşdırdığı kimi, ilahi rəhmət də insanı şadlandırır.
Rəvayətlərə əsasən Allahın rəhmətindən naümid olmaq böyük (kəbirə) günahlardandır .
Bildirişlər
1. Ata öz övladları ilə rabitəni birdəfəlik kəsə bilməz.
2. Mərifət əldə etmək, bir şeyi tanımaq üçün hərəkətə ehtiyac var.
3. İlahi lütfün əldə olunması ilə tənbəllik bir araya sığmır.
4. Allahın övliyaları həm özləri məyus olmur, həm də başqalarını ümidsizlikdən çəkindirirlər.
5. Ümidsizlik küfr nişanəsidir. Məyus olmuş insan Allahın qüdrətinin başa çatdığını düşünür.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.