"(Yusif) dedi: "Bildinizmi nadan olduğunuz vaxt Yusif və onun qardaşı ilə nə etdiniz?!”
Nöqtələr
Bir sualda həm müsbət, həm də mənfi məqsədlər ola bilər. Yusif öz qardaşlarına onların əməllərini xatırlatdı. Mümkündür ki, o, macəradan xəbərdar olduğunu bildirmək istəyirdi. Bu sual başqa məqsədlə də ünvanlana bilərdi. Yəni "siz pislik etdiniz, tövbə edin.” Yusif öz sualı ilə məclisdə iştirak edən Benyamini sakitləşdirmək istəyə bilərdi. Yusifin məqsədi qardaşlarının məzəmməti də ola bilər. O öz sualı ilə anlatmaq istəyə bilər ki, bir bu qədər cinayətdən sonra bəxşiş gözləmək yersizdir.
Yuxarıdakı ehtimallardan ilk üç ehtimal Yusifin şəxsiyyətinə uyğundur. Yusifin qardaşlarını məzəmmət edərək öz izzətini göstərmək istəməsi onun kəraməti ilə bir araya sığmır. O özünə qarşı oğurluq ittihamını eşitsə də bu ittihama cavab vermir, sadəcə, "siz daha pis mövqedəsiniz” deyir.
Cəhalət təkcə bilməmək yox, nəfs istəklərinin qələbəsi, bir növ diqqətsizlikdir. Günahkar insan nə qədər alim olsa da, cahildir. Çünki diqqətsizdir və cəhənnəm odunu satın alır.
Bildirişlər
1. Xəta və günahların qeyd dəftəri bir gün açılacaq.
2. Böyük qəlbli insanlar qarşı tərəfin gördüyü xilaf işin xırdalıqlarına varmırlar.
3. Qüdrətə çatdıqda məzlumları yaddan çıxarmayın.
4. Geniş qəlblilik odur ki, xətakara üzr yolu göstərilsin.