Yusif surəsi - Ayə: 86

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 86
Dedi: «Mən öz ağır kədər və qüssəmdən (sizə deyil) yalnız Allaha şikayət edirəm və Allah tərəfindən sizin bilmədiyiniz bir şey (Yusufun diri olmasını) bilirəm.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 86. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 86 MÖHSÜN QƏRAƏTİ.

"(Yəqub) dedi: "Mən nalə və hüznümlə yalnız Allaha şikayət edirəm və Allahdan (Onun lütfündən) sizin bilmədiyinizi bilirəm.”
Nöqtələr
"Bəss” dedikdə şiddətli hüzn nəzərdə tutulur. Belə bir hüznün şiddətindən sanki hüzn sahibi onu bəyan edə bilmir.
Həzrət Adəm öz işinə görə Allah dərgahına nalə etdi , həzrət Əyyub öz xəstəliklərinə , həzrət Musa yoxsulluğuna , həzrət Yəqub isə övladlarının fərağına görə Allaha üz tutdu.
Bildirişlər
1. İnsanın psixoloji durumuna mənfi təsir göstərən, sağlamlığını təhlükəyə atan sükut və ya onun insanlıq məqamını alçaldan haqq qarşısında ah-nalə məzəmmət olunur. Allaha üz tutub ah-nalə çəkməyin isə eybi yoxdur.
2. Müvəhhid insan öz dərdini yalnız Allaha ərz edir.
Əl açmalı olsan üz tut Allaha,
Ondan başqa kimdir kərəm sahibi?!
Neməti tükənməz, kərəmi sonsuz,
Əliboş qaytarmaz kimsəni Rəbbi.
3. Zahirə aldanan insanlar hadisələri rahatlıqla ötürür. Dərin baxışlı insanlar isə hadisələrin qiyamətədək davamını görürlər.
4. Başqaları üçün qaranlıq qalan bir sıra məsələlər Yəquba aşkar idi. Yəqub Yusifin sağ olmasından, Allahla bağlı həqiqətlərdən və onun sifətlərindən agah idi.
5. "Ma la tə`ləmun” – yəni "siz bilmədiyinizi”cümləsi Yusifin Yəqub tərəfindən təbir olunan yuxusuna işarə ola bilər.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.