Yusif surəsi - Ayə: 81

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 81
«Atanızın yanına qayıdın və deyin: «Ey ata! Həqiqətən oğlun oğurluq etdi (və onu tutub saxladılar) və biz ancaq bildiyimiz şeyə şəhadət verdik (sənin yanında şəhadət verdik ki, o, oğurluq etmişdir və Əzizin də yanında şəhadət verdik ki, oğrunun cəzası qul olmaqdır). Biz qeybdən də xəbərdar deyildik (əgər onun oğurluq edəcəyini bilsəydik özümüzlə aparmazdıq. Həmçinin onu qul kimi götürəcəklərini bilsəydik həmin hökmü bəyan etməzdik)».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 81. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 81 MÖHSÜN QƏRAƏTİ.

"(Böyük qardaş dedi: Mən burada qalıram, amma) siz atanızın yanına qayıdın, deyin ki, ey ata, həqiqətən, oğlun oğurluq edib və biz bildiyimizdən başqa bir şeyə şəhadət vermədik. Qeybi qoruyan (bilən) deyildik.”
Bildirişlər
1. İnsan özünü sevəndir. Çoxlu taxıl əldə etmək istədikdə dedilər: "Qardaşımızı bizimlə göndər.” Bu gün isə onu ittiham edirlər: "Sənin oğlun oğurluq edib.” Onlar "bizim qardaşımız” yox, "sənin oğlun” dedilər.
2. Bilmədən şəhadət vermək olmaz.
3. Müqavilələrdə öncədən görünməyən hədisələr üçün əlavələr qeyd olunmalıdır.
4. Öz üzrümüzü aşkar bəyan edək.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.