Yusif surəsi - Ayə: 84

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 84
Və onlardan üz döndərib dedi: «Heyif Yusufdan!» Və qəm-qüssədən (qəm-qüssənin çoxluğundan) onun hər iki gözünə ağ gəldi və onu daim qüssə boğurdu.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 84. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 84 MÖHSÜN QƏRAƏTİ.

"Yəqub övladlarından üz döndərdi və dedi: "Heyif Yusifdən.” Öz səsini uddu, dərddən iki gözü ağardı (kor oldu).”
Nöqtələr
"Əsəf” dedikdə qəzəblə müşayiət olunan qəm-qüssə nəzərdə tutulur. Yəqubun gözündə yaş, dilində "ya əsəfa”, qəlbində qəm vardı.
İmam Baqir (ə) buyurur: "Atam Əli ibn Hüseyn (ə) Kərbəla hadisəsindən ötən 20 ildə hər münasibətlə ağlayırdı. Bu göz yaşlarının səbəbini soruşdular. Buyurdu: "Yəqubun 11 övladı vardı. Bir oğlu sağ ola-ola uzaq düşdükdə ağlamaqdan gözlərini itirdi. Mən isə atam, qardaşlarım, Peyğəmbər ailəsindən 17 nəfərin şəhid olduğunu gözümlə görmüşəm. Axı necə ağlamayım?”
Bildirişlər
1. Həsəd bir ömür təhqirlə müşayiət olunur.
2. Qardaşlar Yusifi aradan götürməklə atalarının məhəbbətinə sahib olmaq istəyirdilər, amma həsəd onları atalarının qəzəbinə düçar etdi.
3. Yəqub bilirdi ki, o biri oğluna zülm olunmayıb. Yusifə zülm olunmasına heyfsilənirdi.
4. Qəm-qüssə və göz yaşı bəzən korluğa səbəb olur.
5. Göz yaşı, yanğı və eşq üçün mərifətə, ünvanı tanımağa ehtiyac var. (Yəqub Yusifi tanıdığı üçün dərddən kor oldu.)
6. Müsibətin əhəmiyyəti müsibət görən insanın şəxsiyyətindən asılıdır. (Yusifə olunan zülm başqalarına olunan zülmdən fərqlənir. Ayədə digər iki qardaşın yox, Yusifin adı çəkilir.)
7. Əzizlərdən uzaqlığa görə ağlamaq, qəm-qüssə çəkmək olar.
8. İnsanın səbrinin həddi var, bir gün səbir kasası daşa bilər.
9. Qəzəbi udmaq ilahi insanların səciyyəsi və bəyənilmiş işdir.
10. Qəm-qüssənin hirsi udmaq və səbirlə ziddiyyəti yoxdur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.