Yusif surəsi - Ayə: 85

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 85
(Oğlanları) dedilər: «And olsun Allaha, sən Yusufu o qədər xatırlayırsan ki, axırda ölüm yatağına düşəcək və ya həlak olacaqsan.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 85. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 85 MÖHSÜN QƏRAƏTİ.

"(Yəqubun övladları atalarına) dedilər: "And olsun Allaha, sən daim Yusifi düşünürsən. Axır xəstələnib əldən düşəcək, məhv olub gedəcəksən.”
Nöqtələr
"Hərəz” eşq və ya qəm-qüssənin üzdüyü insana deyilir.
Bildirişlər
1. Yusif kimi insanlar heç zaman unudulmamalıdır. (Allahın övliyaları Nüdbə duasında dövrün Yusifini çağırıb ağlayırlar.)
2. Nə qədər sevdiyinizi bilmək istəsəniz, onu nə qədər xatırladığınızı nəzərdən keçirin.
3. Yusifi tanıyan elə yanır ki, adi insanlar onu dərk etmirlər.
4. Ruhi və psixoloji məsələlər cismə təsir göstərir. (Ayrılıq insanı öldürə bilər, müsibət isə daha ağırdır.)
5. Atanın məhəbbəti adi bağlılıqlardan fərqlənir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.