"Şübhəsiz, iman gətirib, daim təqva yolunu gedənlər üçün axirət mükafatı daha yaxşıdır.”
Nöqtələr
Bu iki ayədə həzrət Yusif yaxşı əməl sahibi, mömin və müttəqi kimi vəsf olunur.
Bu surənin mətni boyunca Allahın iradəsi ilə xalqın iradəsini müqayisə etmək olar. Yusifin qardaşları istədilər ki, Yusifi quyuya atıb qula çevirməklə xar etsinlər, amma Əzizi-Misr onun haqqında dedi: "Onu əziz tutun.” Əzizin arvadı Yusifi günaha batırmaq istədi, amma Allah onu qorudu. Bəziləri Yusifi zindana salmaqla onun müqavimətini qırmaq, alçaltmaq istədilər, amma Allah onu əziz tutdu və Misir hakimiyyətini onun ixtiyarına qoydu.
İmam Sadiq (ə) buyurur: "Yusif hürr və azad bir insan idi. Qardaşlarının həsədi, quyuya atılması, qadınların şəhvəti, zindan, böhtan, rəyasət və qüdrət ona təsir göstərmədi.”
Axirət mükafatı dünya mükafatından üstündür. Çünki axirət mükafatı məhdud deyil, puça çıxmır, məkan baxımından məhdud deyil, hesaba gəlmir, bəla və xəstəliyi yoxdur.
Bildirişlər
1. Pak və təqvalı insanları izzətə çatdırmaq Allahın qanunudur.
2. Yusifə qüdrət verən Misir padşahı yox, Allah Özü idi.
3. İdarəçilik haqqı hakimiyyət şənindəndir.
4. Böhranlı vəziyyətlərdə hökumətlər ümumi faydalar xatirinə xalqın azadlığını məhdudlaşdıra bilərlər.
5. Yusifin ixtiyar çərçivəsi geniş idi.
6. Qüdrət haqq əhlinin əlində rəhmət, batil əhlinin əlində zərər-ziyandır.
7. İlahi dünya görüşündə mükafatsız heç bir iş yoxdur.
8. Xalqın hüquqlarının pozulmasının səbəbi ya cəhalətdir, ya paxıllıqdır, ya zəiflikdir, ya da.... Amma Allah-təalada bu sifətlərin heç biri yoxdur.
9. Dünyəvi hakimiyyət və gücə çatmaq xeyir əmələ, iman və təqvaya zidd deyil. Yəni saleh, imanlı və təqvalı insan da hakim ola bilər.
10. Allahın təqdiri nizam və qanuna uyğundur.
11. Bütün işlər Allahın müqəddəratından asılı olsa da, hikmət sahibi olan Allah kimsəyə səbəbsiz yerə qüdrət vermir.
12. Salehlər dünya həyatından əlavə, axirət həyatında da mükafata çatacaqlar.
13. Xeyir əməl sahibi olan insan bu dünyada mükafat və məqam əldə etməsə nigaran olmasın. Çünki əsas hədəf axirətdir.
14. Axirət mükafatı ilə müqayisədə dünyəvi hakimiyyət əhəmiyyətsiz bir şeydir.
15. Maddi imkanlar və zahiri hakimiyyət ilahi insanlar üçün önəmli deyil. Onlar üçün ən mühümü axirət həyatıdır.
16. Allah Öz rəhmətini təqva ardınca gedənlərə nazil edir.
17. Yalnız təqva ilə müşayiət olunan iman səmərəlidir. Günahkar möminin isə aqibəti qaranlıqdır.
18. İnsan xarakterində kök atmış təqva dəyərlidir.
19. Axirət mükafatlarından faydalanmaq üçün iman və təqva şərtdir.
20. Təqva imanda ən uca mərhələ və mərtəbədir.