Yusif surəsi - Ayə: 52

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 52
(Yusuf sözlərinin davamında dedi:) «Bu, (qadınların çağırtdırılmaları və onlardan sorğu-sual edilməsi təklifi Misir valisi Əzizin) mənim o olmayanda ona əsla xəyanət etmədiyimi bilməsi üçündür. [Və ya: (Əzizin zövcəsi dedi:) «(Mənim) bu (etirafım Yusuf) mənim o olmayanda (sorğu-sual məclisində) ona xəyanət etmədiyimi bilməsi üçündür.] Şübhəsiz, Allah xainlərin hiyləsini məqsədə çatdırmaz!»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 52. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 52 MÖHSÜN QƏRAƏTİ.

"(Yusif dedi:) Bu (qadınların etirafı) onun üçün idi ki, (Əziz) mənim gizlində ona xəyanət etmədiyimi bilsin. Şübhəsiz, Allah xainlərin hiyləsinə yol verməz.”
Nöqtələr
Bu ayənin Yusifin və ya Əzizi-Misrin zövcəsinin sözü olması ilə bağlı iki rəy var. Bəzi təfsirçilər onu Yusifin, bəziləri isə Züleyxanın sözünün davamı sayırlar. Amma ayənin mənasına nəzər saldıqda aydın olur ki, bu sözlər Züleyxaya məxsus deyil. Çünki günahsız bir şəxsi illər uzunu zindanda saxlamaqdan böyük xəyanət ola bilməzdi.
Yusif bu sözlərlə zindanda yubanmasının səbəbi kimi hadisənin yenidən araşdırılmasını və heysiyyətinin təsdiqini göstərir.
Bildirişlər
1. Kərəmi olan şəxs intiqam almağa çalışmır. Onu yalnız həqiqətin üzə çıxması maraqlandırır.
2. Düşüncələrdən sui-zənni uzaqlaşdıraq.
3. Hər hansı bir kişinin həyat yoldaşına qarşı pis fikir o kişiyə qarşı xəyanətdir.
4. Kafirə qarşı xəyanət də bəyənilməmişdir.
5. Aşkarda və gizlində xəyanətə yol verməmək gerçək iman nişanəsidir.
6. Xain insan öz işi xatirinə xilafına don geyindirib plan cızır.
7. Yusif padşahın nəzərinə çatdırmaq istəyirdi ki, hadisələrdə təyinedici amil Allahın iradəsi və qanunlarıdır.
8. Xain insan nəticə əldə edə bilmir və onu xoş aqibət gözləmir. Bəli! Əgər biz pak olsaq, Allah imkan verməz ki, pak olmayanlar bizi hörmətdən salsınlar.
9. Xainlərin uğursuzluğu və rüsvayçılığı ilahi qanunlardandır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.