Yusif surəsi - Ayə: 63

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 63
Beləliklə, atalarının yanına qayıdanda dedilər: «Ey ata! (Binyaminin bizimlə birgə olmayacağı təqdirdə) bizə ölçü (ərzaq satılması) qadağan edildi. Buna görə də qardaşımızı bizimlə göndər ki, ölçü (ilə ərzaq) alaq. Və biz onu mütləq qoruyarıq!»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 63. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 63 MÖHSÜN QƏRAƏTİ.

"Atalarının yanına qayıtdıqda dedilər: "Ey ata, bizə pay verilməsi qadağan oldu. Qardaşımızı bizimlə göndər ki, payımızı ala bilək. Biz hökmən onu qoruyacağıq.”
Bildirişlər
1. Yəqub ailə-övladı üzərində hakim idi.
2. Övlada əmr edib qadağa qoymaq atanın haqqıdır.
3. Benyamin atasının icazəsi olmadan səfərə çıxmazdı.
4. Bir şeyi almaq və ya etimad qazanmaq üçün mərhəmət hislərindən faydalanaq.
5. Günahkarın daxili bir nigarançılığı olduğundan danışığında ardbaard təkid edir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.