Yusif surəsi - Ayə: 60

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 60
«Odur ki, əgər onu mənim yanıma gətirməsəniz, mənim yanımda bir qab (ərzaq)ınız belə olmayacaq və mənə yaxınlaşmayın da!»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 60. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 60 MÖHSÜN QƏRAƏTİ.

"Əgər həmin qardaşınızı mənim yanıma gətirməsəniz, məndən heç bir peymanə (taxıl) almazsınız və mənə yaxınlaşmayın.”
Bildirişlər
1. Müdiriyyətdə həm məhəbbətə, həm də hədəyə ehtiyac var. Öncə müjdə və məhəbbət, sonra hədə və inzibat.
2. Sui-istifadəyə zəmin yaratmayaq. (Müraciət edənlər müraciət edə bilməyənlərin payını alsa, bu qaydadan sui-istifadə olunar.)
3. Qanunu tətbiq edərkən qardaşlar, ailə və başqaları arasında ayrıseçkiliyə yol vermək olmaz. (Hər şəxsin öz payı var və özü bu payı əldə etməlidir.)
4. Hədələyərkən deyilənləri tam icra etmək zəruri deyil. (Yusif o şəxs deyildi ki, qardaşları qıtlıqdan ölsün.)
5. Proqramların həyata keçirilməsində qətiyyət rəhbərlik şərtidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.