Yusif surəsi - Ayə: 51

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 51
(Şah həmin qadınları çağırtdırdıqdan sonra) dedi: «Yusufdan kam almaq istədiyiniz zaman sizin məqsədiniz nə idi (və bu işə kim başladı)?» Dedilər: «Pakdır Allah! Biz ona qarşı heç bir pislik və günah bilmirik.» Əzizin (fitnənin əsl səbəbkarı olan) zövcəsi dedi: «İndi haqq tamamilə aydın oldu. Ondan kam almaq istəyən mən idim və həqiqətən o, doğruçulardandır».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 51. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 51 MÖHSÜN QƏRAƏTİ.

"(Padşah qadınlara) dedi: "Yusifdən kam almaq istədiyiniz vaxt məqsədiniz nə idi?” Qadınlar dedilər: "Aman Allah, biz onun heç bir pisliyini bilmirik.” Əzizin zövcəsi dedi: "İndi həqiqət aşkarlandı. Mən ondan kam almaq istədim və şəksiz, o doğru danışanlardandır.”
Nöqtələr
"Xətəbə” dedikdə mühüm bir iş üçün dəvət olunmaq nəzərdə tutulur. Xətib xalqı böyük bir hədəfə doğru dəvət edən şəxsdir. "Həssə” sözündən olan "həshəsə” haqqı batildən ayırmaq mənasını bildirir.
Bu macərada ilahi qanunlardan biri gerçəkləşir. İlahi təqvaya xatir qurtuluş əldə olunur: "Hər kəs Allahdan çəkinsə, Allah ona gözləmədiyi yerdən çıxış yolu qərar verər və ona ruzi yetirər.”
Bildirişlər
1. İş ikiqat düyünə düşəndə ölkənin birinci adamı özü işi araşdırmalı və məhkəmə təşkil etməlidir.
2. Müttəhimi dəvət edin ki, özünü müdafiə etsin. Mühakimədə hətta Züleyxa da iştirak edirdi.
3. Acılıqların ardınca şirinliklər gəlir.
4. Misir qadınları nəinki Yusifin günahsızlığını etiraf etdilər, hətta onda heç bir pislik görmədiklərini bildirdilər.
5. Həqiqət nə vaxtsa üzə çıxır.
6. Bağlı işlərin və həqiqətlərin aydınlaşması üçün zamana ehtiyac var.
7. Vicdanlar bir gün oyanıb etiraf edər. Necə ki, cəmiyyətin və mühitin təzyiqi üsyankarları etirafa vadar edir. (Əzizin zövcəsi bütün qadınların Yusiflə bağlı etirafına şahid olduqda özü də etiraf etməyə məcbur oldu.)
8. Əzizi-Misir istəyirdi ki, Züleyxa ilə Yusif arasındakı hadisə məxfi qalsın. Amma Allah bunu bütün aləmə və həmişəlik aşkarladı. Bununla da Yusifin paklığı həmişəlik sübuta yetdi.
9. Allah istəyən vaxt düşmən özü qurtuluş vasitəsi olur və ittihamı geri götürür.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.