Yusif surəsi - Ayə: 62

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 62
Və öz(ünün çəki işi ilə məşğul olan) qullarına dedi: «Onların (ərzaq almaq üçün gətirdikləri) sərmayələrini yüklərinin arasına qoyun, bəlkə ailələrinin yanına qayıtdıqda onu tanıdılar və ola bilsin ki, (yenidən) qayıtdılar.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 62. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 62 MÖHSÜN QƏRAƏTİ.

"(Yusif) öz qulamlarına dedi: "Onların ödədiklərini yüklərinin içinə qoyun. Ailələrinə qayıtdıqda onu görsünlər. Bu ümidlə ki, (növbəti dəfə) geri qayıdalar.”
Nöqtələr
Həzrət Yusif ötən ayələrdə "sadiq, möhsin, müxlis” kimi adlarla vəsf olunurdu. Şübhəsiz ki, o, ata və qardaşlarına beytül-malı bağışlamamışdı. Verdiyi malın pulunu çox güman ki, şəxsi hesabından ödəmişdi.
Yusif pulu qaytardı ki, ikinci dəfə səfərə çıxmağa onların pulu olsun. Bundan əlavə, pulun qaytarılması səmimiyyət nişanəsi idi. Yusif onlara bildirmək istəyirdi ki, qardaşlarını istəməkdə pis məqsədi yoxdur. Pulun gizli şəkildə yükün arasına qoyulmasının səbəbi bu işin minnətsiz görülməsi və həmin məbləği oğrulardan qorumaq idi.
Dünən qul və xidmətçi olan Yusif qul və xidmətçi sahibi idi. O, qardaşları ilə görüş zamanı intiqam almadı, gileylənmədi, kin saxlamadı. Sərmayələrini qaytarmaqla onlara qarşı olan sevgisini bildirdi.
Bildirişlər
1. Layiqli müdir və rəhbərin planı yaradıcı olmalıdır.
2. Pislikləri yaxşılıqlarla aradan qaldıraq.
3. Sileyi-rəhm—yəni müamilə yox, kömək etmək!
4. Ehtiyaclı ata və qardaşlardan pul almaq kəramətdən uzaqdır.
5. Yusif pulun qoyulmasını bir neçə nəfərə tapşırdı ki, hansısa qul düşünməsin ki, Yusif bu məbləği özü üçün götürür.
6. Başqalarına imkan həddində gizli yardım göstərin.
7. İntiqam və kin-küdurətdən uzaq olaq. Hədiyyə verməklə gələcək rabitələri quraq.
8. İnsanları yenidən görmək üçün puldan keçmək lazımdır.
9. İnsanların qəlbini cəzb etmək üçün ən yaxşı vasitə onlara yaxşılıq etməkdir.
10. Məsullar öz işçilərini yetərincə məlumatlandırmalıdırlar ki, yaxşı rəhbər ola bilsinlər. (Yusif yükə pul qoydurduqda bildirdi ki, bu işdə məqsəd onların yenidən qayıtmasıdır.)
11. Proqram hazırlayarkən işin nəticəsinə tam əmin olmaq zəruri deyil.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.