Yusif surəsi · 38-ci ayə

«Və atalarım İbrahimin, İshaqın və Yəqubun dininə tabe olmuşam. Biz(im ailəmiz)ə Allaha heç bir şeyi şərik qoşmaq yaraşmaz. Bu (tovhid və hidayət), Allahın bizə və bütün insanlara olan lütflərindəndir. Lakin insanların çoxu şükr etmirlər.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 38
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Atalarım İbrahim, İshaq, Yəqubun ayinlərinə tabe olmuşam. Bir şeyi Allaha şərik qoşmaq bizə layiq deyil. Bu, Allahın bizə və xalqa olan fəzlidir. Amma xalqın çoxu şükür etməz.”
Nöqtələr
Ailə bünövrəsi şəxsiyyətin tərbiyəsinə təsir göstərdiyi kimi, xalqın qəbuluna da təsir göstərir. Həzrət Yusif özünü tanıtdırarkən Allahın peyğəmbəri olmuş ata-babalarını yada salır. Bununla da həm ailə bünövrəsini nəzərə çatdırır, həm də dəvətinin müqəddəsliyini. İslam Peyğəmbəri (s) də özünü bu sayaq tanıtdırmışdır. O buyururdu: "Mən ad və nişanım Tövrat və İncildə qeyd olunmuş həmin dərs oxumamış peyğəmbərəm.” İmam Hüseyn (ə) Kərbəlada, imam Səccad (ə) Şam əhli qarşısında özlərini belə tanıtdırırlar: "Biz Fatimə (s) övladlarıyıq.”
”Millət” sözü Quranda ayin mənasında işlədilmişdir. "İbrahimin milləti” dedikdə İbrahimin ayini nəzərdə tutulur. Bu ayinin siması belə təsvir olunur: "Bütün gücünüzlə Allah yolunda vuruşun, namaz, zəkat əhli olun və Allaha bağlanın. Dində heç bir çətinlik yoxdur, Allaha təslim olun, budur atanız İbrahimin ayini.”
Bildirişlər
1. Yalnız batili tanımaq və tərk etmək sayəsində haqqa çatmaq olar.
2. Baba da ata hökmündədir. "Əb” dedikdə baba da nəzərdə tutula bilər.
3. Peyğəmbərlər pak ailədən olmalıdırlar.
4. Peyğəmbərlərin vahid hədəfi olmalıdır.
5. Həzrət Yusif ilk dəfə zindanda öz əsl-nəsəbini bildirdi.
6. Mənfi yollarla yanaşı müsbət yolu da göstərək.
7. Atalar haqq və tövhid yolunda olmuşsa, onların yolunu davam etdirmək olar.
8. Peyğəmbərlərin ata-babası müşrik olmamışdır.
9. Şirkdən çəkinmək və onunla mübarizə ilahi dinlərin əsasıdır.
10. Şirk bütün hallarda mənfurdur.
11. Şirkdən çəkinmək və tövhidə üz tutmaq üçün ilahi tövfiqə (yardıma) ehtiyac var.
12. Peyğəmbərlərin təlimi ilahi bir nemətdir və bu nemətə görə şükür etmək lazımdır.
13. Peyğəmbərlik və hidayət Allahın bütün bəşəriyyət üçün nəzərdə tutulmuş tövfiqi və fəzlidir.
14. Çoxluq düzlüyü və haqlılığı göstərmir.
15. Peyğəmbər yolundan üz döndərmək ən böyük naşükürlükdür.

Tez-tez Verilən Suallar

Yusif surəsi 38-ci ayə haqqında suallar və cavablar

Yusif surəsinin 38-ci ayəsi nə haqqındadır?
«Və atalarım İbrahimin, İshaqın və Yəqubun dininə tabe olmuşam. Biz(im ailəmiz)ə Allaha heç bir şeyi şərik qoşmaq yaraşmaz. Bu (tovhid və hidayət), Allahın bizə və bütün insanlara olan lütflərindəndir. Lakin insanların çoxu şükr etmirlər.»
Yusif surəsi 38-ci ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 38-ci ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 38-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 38-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 38-ci ayənin təfsiri nədir?
"Atalarım İbrahim, İshaq, Yəqubun ayinlərinə tabe olmuşam. Bir şeyi Allaha şərik qoşmaq bizə layiq deyil. Bu, Allahın bizə və xalqa olan fəzlidir. Amma xalqın çoxu şükür etməz.” Nöqtələr Ailə bünövrəsi şəxsiyyətin tərbiyəsinə təsir göstərdiyi kimi, xalqın qəbuluna da təsir göstərir. Həzrət Yusif özünü tanıtdırarkən Allahın peyğəmbəri olmuş ata-babalarını yada salır. Bununla da həm ailə bünövrəsini nəzərə çatdırır, həm də dəvətinin müqəddəsliyini. İslam Peyğəmbəri (s) də özünü bu sayaq tanıtdırmı...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.