Yusif surəsi - Ayə: 39

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 39
«Ey mənim iki zindan yoldaşım, (bütlər, ulduzlar və sairə kimi) çoxlu və pərakəndə tanrılar yaxşıdır, yoxsa tək və (varlıq aləminə) hakim olan Allah?»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 39. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 39 MÖHSÜN QƏRAƏTİ.

"Ey mənim iki zindan yoldaşım! Müxtəlif tanrılar yaxşıdır, yoxsa ixtiyar sahibi olan bir Allah?”
Nöqtələr
İnsanlar üç qrupdur: Bir dəstə formasını dəyişir. Onlar hava və su kimi düşdükləri qabın formasını alır. Digər bir qrup dəmir və polad kimi möhkəmdir, xarici təsirlərə qarşı müqavimət göstərir. Üçüncü qrup isə başqalarını haqq rənginə boyayan imam və rəhbərlərdir. Yusif üçüncü zümrənin nümunəsidir. O, zindanda da müşrikləri təkallahlığa doğru yönəldir.
Quranın müxtəlif yerlərində müqayisə və sorğu-sual üsulundan istifadə olunur. Bu üsulun Allaha münasibətdə işlədilmiş nümunələrinə nəzər salaq:
1. "Allahın əvəzinə seçdiyiniz şəriklərdən yaradıb, sonra geri qaytara biləni varmı?”
2. "Allaha qoşduğunuz şəriklərdən hidayət edəni varmı?”
3. "Bir olan Allah hər şeyin Rəbbi olduğu halda Ondan başqasını tanrımı qəbul edim?”
4. "Allah üstündür, yoxsa Ona qoşulan şəriklər?”
Bildirişlər
1. Xalqı məhəbbət və sevgi ilə çağırın.
2. Fərdlərin fitrətini oyatmaq üçün məhəbbət və ehsan yolundan faydalanın.
3. İnsan yanaşı əyləşdiyi fərdlər qarşısında da məsuliyyət daşıyır.
4. Həssas məkan və zamanlardan təbliğ üçün istifadə edin. (Yusif görəndə ki, onun yuxu təbir etməsinə ehtiyac var, bu fürsətdən istifadə edib təbliğə başladı.)
5. Sual və müqayisə təbliğ və hidayət yollarından biridir.
6. Tövhidə etiqad imanın əsasıdır. (Yusif öz dəvətinə tövhiddən başladı.)
7. Çoxsaylı tanrılar təfriqə və pərakəndəlik amilidirlər. Vahid Allah isə vəhdəti təmin edir.
8. Bəşərin fitrəti təfriqə və parçalanmalardan zara gəlmişdir. Yusif həmin təzahürdən tövhidin isbatı üçün faydalandı.
9. Vəhdət və birlik qüdrət və qələbə amilidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.