Yusif surəsi · 36-cı ayə

Yusufla birgə zindana (şahın) iki qul(u) da daxil oldu. Onlardan biri dedi: «Mən (yuxuda,) özümün (şərab düzəltmək üçün) üzüm sıxdığımı görürdüm.» Və o birisi dedi: «Mən (yuxuda) gördüm ki, başımın üstündə çörək aparıram və quşlar ondan yeyirlər. Bizə bunların (yuxuların) yozumundan xəbər ver. Həqiqətən biz səni yaxşılıq edənlərdən görürük.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 36
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"Yusiflə birlikdə iki gənc də zindana düşdü. Onlardan biri dedi: "Mən yuxuda gördüm ki, şərab üçün (üzüm) sıxıram. Digəri dedi: "Mən yuxuda gördüm ki, başımda çörək aparıram və quşlar onu yeyir. Bizim yuxumuzu təbir et! Həqiqətən biz səni yaxşı əməl sahibi kimi görürük.”

Nöqtələr
Hədisdə oxuyuruq: Məhbuslar Yusifi ona görə yaxşı əməl sahibi adlandırdılar ki, o, zindanda xəstələrə yardım göstərir, ehtiyaclılara əl tutur və başqaları üçün şərait yaradırdı.
Bildirişlər
1. Yusifin düşdüyü zindan ümumi idi.
2. Yuxuya yüngül yanaşmayın. Onlardan bəzilərində məna var. (Adi insanlar da mühüm yuxu görə bilərlər.)
3. İnsan hər yerdə, o cümlədən zindanda da fayda verə bilər.
4. Yaxşı əməl sahibləri saf qəlb sayəsində başqalarının dərk etmədiklərini dərk edirlər.
5. Xalq bir insana inandıqda bütün sirlərini ona açır.
6. Dəyərli insanlar zindandakı məhbuslara da təsir göstərirlər.
7. Hətta günahkarlar da yaxşı əməl sahiblərini dəyərləndirirlər.
8. Yaxşı əməl sahibləri zindanda da ehtiram sahibi və xalq üçün sığınacaqdırlar.
9. Yusifin xeyirxahlığı ilk addımda cazibə və təbliğdə idi. (Onun zindandakılara ehsan və xidməti onların qəlbini ələ almışdı və Yusifi «yaxşı əməl sahibi» deyə çağırırdılar.)
10. Var-dövlət və azadlıq olmadan da yaxşı əməl sahibi olmaq mümkündür. (Yusifin zindanda nə sərvəti, nə də azadlığı vardı.)
11. Əvvəl öz xeyirxahlığınızı sübuta yetirin, sonra dinin təbliğinə başlayın. (Xalqın gözündə xeyir əməl sahibi kimi tanınan Yusif zindan yoldaşlarının yuxusunu yozmazdan qabaq təbliğ edərək onları təkallahçılığa dəvət etmişdir.)
12. Düzgün yol göstərmək ehsan nümunələrindəndir. («Bizi gördüyümüz yuxunun sirrindən agah et.»)

Tez-tez Verilən Suallar

Yusif surəsi 36-cı ayə haqqında suallar və cavablar

Yusif surəsinin 36-cı ayəsi nə haqqındadır?
Yusufla birgə zindana (şahın) iki qul(u) da daxil oldu. Onlardan biri dedi: «Mən (yuxuda,) özümün (şərab düzəltmək üçün) üzüm sıxdığımı görürdüm.» Və o birisi dedi: «Mən (yuxuda) gördüm ki, başımın üstündə çörək aparıram və quşlar ondan yeyirlər. Bizə bunların (yuxuların) yozumundan xəbər ver. Həqiqətən biz səni yaxşıl...
Yusif surəsi 36-cı ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 36-cı ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 36-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 36-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 36-cı ayənin təfsiri nədir?
"Yusiflə birlikdə iki gənc də zindana düşdü. Onlardan biri dedi: "Mən yuxuda gördüm ki, şərab üçün (üzüm) sıxıram. Digəri dedi: "Mən yuxuda gördüm ki, başımda çörək aparıram və quşlar onu yeyir. Bizim yuxumuzu təbir et! Həqiqətən biz səni yaxşı əməl sahibi kimi görürük.” Nöqtələr Hədisdə oxuyuruq: Məhbuslar Yusifi ona görə yaxşı əməl sahibi adlandırdılar ki, o, zindanda xəstələrə yardım göstərir, ehtiyaclılara əl tutur və başqaları üçün şərait yaradırdı. Bildirişlər 1. Yusifin düşdüyü zindan ümu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.