"Gördükləri nişanə və şahidlərdən sonra onlara elə göründü ki, onu (Yusifi) bir müddət zindana salsınlar.”
Bildirişlər
1. Bir dəlinin quyuya atdığı daşı yüz ağıllı çıxara bilmir. Bir qadın aşiq oldu, bir bu qədər kişi, dövlət adamı həmin rüsvayçılığın qarşısını ala bilmədi.
2. Saray həyatında, adətən, harınlıq və sırtıqlıq müşahidə olunur. Yusifin paklığına bir bu qədər dəlil olduğu halda yenə o, zindana salındı.
3. Gözəllik həmişə xoşbəxtlik gətirmir, onun həm də baş ağrısı var.
4. Zalımların saraylarında adətən mühakimə qiyabi, dəbdəbə üçün aparılır. Beləcə, günahsız insanlar məhkum edilir. (Əlbəttə ki, bəzi hallarda belə olmur).
5. Günahkar cəmiyyətdə həvəsbazlar azadlıqda, müttəqilər isə zindandadır.
6. Xətakar insanlar, xüsusi ilə zövq sahibləri çox vaxt öz əməllərinin məsuliyyətini qəbul etmir, başqalarını qurban vermək istəyirlər.
7. Zalım quruluşlarda ən məsum insan ən məzlum insandır.
8. Paklanmağın və pak qalmağın zəhməti var.
9. Yusifin zindana salınmasında məqsəd Əzizi-Misrin ailəsini rüsvayçılıqdan qurtarmaq, şayiələrə son qoymaq idi.
10. Məhkəmə orqanları zalımların istəyi əsasında hökm çıxarırsa, zindanda qalma müddəti qeyri-müəyyən olur.