Yusif surəsi · 34-cü ayə

Beləliklə, Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan dəf etdi. Həqiqətən O, eşidən və biləndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 34
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"Belə ki, Rəbbi onu (duasını) qəbul etdi və qadınların hiyləsini ondan pak etdi. Çünki O (Allah) eşidən və biləndir.”

Bildirişlər
1. İlahi insanların duası qəbuldur.
2. Bəzən çətinliklər ilahi yardımların nazil olması və qurtuluş yolunun açılması üçün zəmin olur.
3. Paklıq və iffət duanın qəbul olması üçün zəmindir.
4. Allahdan xaliscəsinə, səmimi qəlbdən istəmək Onun lütfü ilə nəticələnir.
5. Yusifin Misir qadınlarının hiyləsindən qurtarmaq üçün etdiyi dua dərhal qəbul oldu. ("Fəstəcabə” sözündəki "fa” hərfi sürət rəmzidir.)
6. Allaha pənah aparan şəxs hifz olunur.
7. Bəzən düşmənin gördüyü iş bizim xeyrimizə tamamlanır. (Düşmən Yusifi zindana atmaqla onu Züleyxanın əlindən xilas etdi.)
8. İsmətli olmaq üçün peyğəmbər olmaq zəruri deyil. (Yusif günahdan pak olduğu vaxt peyğəmbərliyə çatmamışdı.)
9. Duanın qəbul olması Allahın eşidən, görən və alim olmasının dəlilidir.
10. Xalqın müraciət etdiyi kəs öncə yaxşı eşitməyi bacarmalı, sonra öz elmi ilə problemi aradan qaldırmalıdır. Allah-təala da duanın qəbul məqamında belədir.

Tez-tez Verilən Suallar

Yusif surəsi 34-cü ayə haqqında suallar və cavablar

Yusif surəsinin 34-cü ayəsi nə haqqındadır?
Beləliklə, Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan dəf etdi. Həqiqətən O, eşidən və biləndir.
Yusif surəsi 34-cü ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 34-cü ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 34-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 34-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 34-cü ayənin təfsiri nədir?
"Belə ki, Rəbbi onu (duasını) qəbul etdi və qadınların hiyləsini ondan pak etdi. Çünki O (Allah) eşidən və biləndir.” Bildirişlər 1. İlahi insanların duası qəbuldur. 2. Bəzən çətinliklər ilahi yardımların nazil olması və qurtuluş yolunun açılması üçün zəmin olur. 3. Paklıq və iffət duanın qəbul olması üçün zəmindir. 4. Allahdan xaliscəsinə, səmimi qəlbdən istəmək Onun lütfü ilə nəticələnir. 5. Yusifin Misir qadınlarının hiyləsindən qurtarmaq üçün etdiyi dua dərhal qəbul oldu. ("Fəstəcabə” sözünd...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.