Yusif surəsi · 32-ci ayə

Qadın dedi: «Bu həmin şəxsdir ki, məni (arxamca) ona görə məzəmmət edib qınadınız. Əlbəttə, mən ondan kam almaq istədim, o isə çəkindi. Əgər o yenə də ona etdiyim əmrləri yerinə yetirməsə, zindana salınacaq və şübhəsiz, alçalmışlardan olacaqdır.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 32
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"(Əzizi-Misrin zövcəsi əlini kəsmiş arvadlara) dedi: "Bu həmin şəxsdir ki, ona görə məni məzəmmət edirdiniz. Həqiqətən, mən ondan kam almaq istədim, amma o paklıq göstərdi. Əgər ona verdiyim göstərişi yerinə yetirməsə, zindana salınacaq və zillətə düşənlərdən olacaq.”

Nöqtələr
İctimai və psixoloji durum insanın reaksiyasına təsir göstərir. Əzizin zövcəsi öz çirkin işinin ifşa olacağından qorxduğu vaxt qapıları bağladı. Amma Misir qadınlarını özü ilə eyni münasibətdə görüb dedi: "Mən ondan kam almaq istədim”. Cəmiyyət də belədir. Çirkin iş adi hal aldıqda günah etmək asanlaşır. Bəlkə də belə bir halın qarşısını almaq üçün Kumeyl duasında oxuyuruq: "Pərvərdigara! Həya pərdəsini yırtan günahlarımı bağışla.” Çünki günahı birinci dəfə etmək çətin olur. Həya pərdəsi yırtıldıqdan sonra günah etmək asanlaşır.
Bildirişlər
1. Başqalarını qınamayın, özünüz giriftar olarsınız.
2. Günah yolla eşq rüsvayçılıq səbəbidir.
3. Yalançı rüsvay olar. Dünən "Yusifin pis məqsədi vardı” deyən, bu gün "mən ondan kam almaq istədim” dedi.
4. İxlas, iffət və paklıq çirkin insanları rüsvay edir.
5. Bəzən düşmən də qarşı tərəfin paklığına şəhadət verir. (Bəzən günahkarın da vicdanı oyanır.)
6. Paklıq peyğəmbərlik şərtidir.
7. Bəzən pak insan qarşı tərəfin kam alma istəyi səbəbindən zindana düşür.
8. Günahkarlar öz məqsədlərinə çatmaq istəyir və bu yolda istənilən vasitədən bəhrələnirlər.
9. Qüdrətli insan imanlı və təqvalı olmadıqda öz qüdrətindən nəfs istəkləri üçün istifadə edir.
10. Züleyxanın Misir hökuməti aparatında nüfuzu vardı.
11. Qüdrətdən sui-istifadə zalım hakimlərin rəftarıdır.
12. Həbs və təhqirlə hədələmə zalım hakimlərin üslubudur.
13. Nəfs istəyi o qədər güclüdür ki, hətta rüsvayçılıqla razılaşıb yoluna davam edir.
14. Məğlub olmuş aşiq düşmənə çevrilir.
15. Saray əhval-ruhiyyəsi qeyrəti öldürür. (Əzizi-Misr arvadının xəyanətinə əmin olsa da, onu Yusifdən ayırmadı).
16. Nəfsə uyanlar və zalım hakimlər təqva və iffəti zəlillik səbəbi sayırlar.

Tez-tez Verilən Suallar

Yusif surəsi 32-ci ayə haqqında suallar və cavablar

Yusif surəsinin 32-ci ayəsi nə haqqındadır?
Qadın dedi: «Bu həmin şəxsdir ki, məni (arxamca) ona görə məzəmmət edib qınadınız. Əlbəttə, mən ondan kam almaq istədim, o isə çəkindi. Əgər o yenə də ona etdiyim əmrləri yerinə yetirməsə, zindana salınacaq və şübhəsiz, alçalmışlardan olacaqdır.»
Yusif surəsi 32-ci ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 32-ci ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 32-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 32-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 32-ci ayənin təfsiri nədir?
"(Əzizi-Misrin zövcəsi əlini kəsmiş arvadlara) dedi: "Bu həmin şəxsdir ki, ona görə məni məzəmmət edirdiniz. Həqiqətən, mən ondan kam almaq istədim, amma o paklıq göstərdi. Əgər ona verdiyim göstərişi yerinə yetirməsə, zindana salınacaq və zillətə düşənlərdən olacaq.” Nöqtələr İctimai və psixoloji durum insanın reaksiyasına təsir göstərir. Əzizin zövcəsi öz çirkin işinin ifşa olacağından qorxduğu vaxt qapıları bağladı. Amma Misir qadınlarını özü ilə eyni münasibətdə görüb dedi: "Mən ondan kam al...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.