Yusif surəsi - Ayə: 31

Məkkəvi Quran-ı Kərim
Yusif surəsi - Ayə: 31
Beləliklə, (Əzizin arvadı) onların məkrli sözlərini eşidəndə, arxalarınca (adam) göndərdi və onlar üçün mütəkkə hazırladı. Hər birinin əlinə (meyvə soymaq üçün) bir bıçaq verdi və (salam vermək və qonaqlara qulluq etmək bəhanəsilə Yusufa) dedi: «Onların məclisinə çıx». Qadınlar Yusufu gördükdə onu böyük hesab etdilər və (gözəlliyinə elə valeh oldular ki,) əllərini bərk kəsdilər və (təəccüb və heyranlığın şiddətindən) dedilər: «Pakdır Allah! Bu, bəşər deyildir! Bu, yalnız möhtərəm bir mələkdir!»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yusif surəsi 31. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 31 MÖHSÜN QƏRAƏTİ.

"(Əzizin zövcəsi) (misirdəki) qadınların hiyləsini (pis sözünü) eşitdi və onların ardınca adam göndərdi. Onlar üçün məclis qurdu və (meyvə üçün) hərəsinə bir bıçaq verdi. Yusifə dedi ki, qadınların yanına gəlsin. Qadınlar onu əzəmətli görüb əllərini kəsdilər və dedilər: "Aman Allah, bu, bəşər deyil, əziz bir mələkdir.”

Nöqtələr
"Qəttənə” sözü "qət” kökündəndir və kəsmək mənasını bildirir. Bu söz "təfil” babından olduğu üçün bir çox yeri kəsmək və doğramaq mənasını çatdırır.
"Haşa” dedikdə haşiyədə, kənarda olmaq nəzərdə tutulur. Bir şəxsin eybdən uzaq olduğunu bildirmək üçün öncə Allahı pak bilmək bir qayda olub.
Əzizi-Misrin zövcəsi siyasətçi bir qadın idi. O bir qonaqlıq verməklə rəqiblərini öz yerlərində oturtdu.
Bildirişlər
1. Bəzən başqaları haqqında danışmaqda məqsəd canıyananlıq yox, həsəd, qurğu olur.
2. Ola bilsin ki, Misir qadınları Yusifi görmək məqsədi ilə Züleyxanın eşqini aləmə yayırdılar.
3. Bəzən hiyləyə hiylə ilə cavab vermək lazım gəlir. (Misir qadınları Züleyxanın sirrini açmaqla qurğu qurdular, Züleyxa qonaqlıq təşkil etməklə onların qurğusuna qarşı cavab verdi.)
4. Züleyxa özünə qarşı qurğunu nəzarət altına almaq üçün bu qurğunu Quran ümdə fərdlərə qarşı plan cızdı. (Aydın məsələdir ki, Züleyxa təkcə məhəllə qadınlarını dəvət etməmişdi.)
5. Xilafkar insan özünü paka çıxarmaq üçün bəzən həmin günaha geniş meydan verir və onu adi bir iş kimi təqdim etmək istəyir.
6. Hər bir qonaq üçün ayrıca xidmət bəyənilmiş işdir.
7. Ağa günaha yol verməyənədək ona itaət etmək lazımdır.
8. Eşitmək görmək kimi deyil.
9. İnsan fitri olaraq əzəmət qarşısında təvazö göstərir.
10. Züleyxa qadınlara anlatmaq istəyirdi ki, əgər onlar Yusifi bir an görməklə çaşırlarsa, Yusiflə gecə-gündüz bir evdə olan kəs nə etsin?!
11. Tənqidə tələsməyin. Ola bilsin ki, siz də qarşı tərəfin yerində olsaydınız onun kimi hərəkət edərdiniz. (Züleyxanı məzəmmət edənlər Yusifi görən kimi onun halına düşdülər.)
12. İnsan nə qədər ki, imtahana çəkilməyib, iddialıdır. Amma imtahana çəkilən insan özündən xəbərsiz olaraq mahiyyətini göstərir.
13. Eşq tüğyan edən yerdə insan özündən xəbərsiz əlini kəsir. (Namaz vaxtı Əlinin (ə) ayağından ox çıxarılarkən onun xəbər tutmamasına təəccüblənməyin. Əgər dünyəvi eşq insanı əlinin kəsilməsindən xəbərsiz saxlayırsa, həqiqi eşq nəyə qadirdir?!)
14. Yusif gözəllikdə oxşarsız, iffətdə hamıya nümunə idi.
15. Bir qadının hiyləsi Yusifin qardaşlarının hiyləsindən böyük idi. (Əgər Əzizin zövcəsi bir qonaqlıqla eşqinə haqq qazandıra bildisə, Yusifin qardaşları öz həsədlərinə don geyindirə bilmədilər.)
16. Yusifin camalı Züleyxanı dərdə saldı. Amma onun elm və təqvası qurtuluşuna səbəb oldu. (Bəli, mənəvi gözəllik zahiri gözəllikdən mühümdür).
17. Həmin dövrdə Misir camaatı Allaha və mələklərə inanırdı.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.