Yunus surəsi · 89-cu ayə

(Allah) buyurdu: «Siz iki nəfərin duası mütləq qəbul olundu. Buna görə də (boynunuza qoyulmuş ilahi vəzifənin çatdırılmasında) möhkəm və mətin olun və əsla bilməyənlərin yolu ilə getməyin.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 89
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Allah-təala) buyurdu: "Siz iki nəfərin duası qəbul oldu. Möhkəm dayanın və nadanların yolu ilə getməyin.”
Nöqtələr
Ötən ayədə Musanın nifrinindən, bu ayədə Musa və Harunun dualarının qəbul olmasından danışıldı. Rəvayətlərdə qeyd olunur ki, Musa dua edir, Harun "amin” deyirdi. "Rəbbəna” sözü deyilənləri təsdiqləyir.” 
İmam Sadiq (ə) buyurmuşdur: "Musanın nifrinindən qırx il sonra Firon qərq oldu. 
Bildirişlər
1. Peyğəmbərlərin duası qəbuldur.
2. Musanın duasının qəbul olması göstərir ki, onun fironçuların məhvi ilə bağlı istəyi düz istək imiş.
3. Hətta dua qəbul olduqdan sonra səbir və mətanət lazımdır.
4. İlahi rəhbərlər cahil düşüncələrə qarşı qətiyyətlə yanaşmalıdırlar. Çünki süstlük cəhalət nişanəsidir.
5. Elm əhlinə itaət caizdir.

Tez-tez Verilən Suallar

Yunus surəsi 89-cu ayə haqqında suallar və cavablar

Yunus surəsinin 89-cu ayəsi nə haqqındadır?
(Allah) buyurdu: «Siz iki nəfərin duası mütləq qəbul olundu. Buna görə də (boynunuza qoyulmuş ilahi vəzifənin çatdırılmasında) möhkəm və mətin olun və əsla bilməyənlərin yolu ilə getməyin.»
Yunus surəsi 89-cu ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 89-cu ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 89-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 89-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 89-cu ayənin təfsiri nədir?
"(Allah-təala) buyurdu: "Siz iki nəfərin duası qəbul oldu. Möhkəm dayanın və nadanların yolu ilə getməyin.” Nöqtələr Ötən ayədə Musanın nifrinindən, bu ayədə Musa və Harunun dualarının qəbul olmasından danışıldı. Rəvayətlərdə qeyd olunur ki, Musa dua edir, Harun "amin” deyirdi. "Rəbbəna” sözü deyilənləri təsdiqləyir.”  İmam Sadiq (ə) buyurmuşdur: "Musanın nifrinindən qırx il sonra Firon qərq oldu.  Bildirişlər 1. Peyğəmbərlərin duası qəbuldur. 2. Musanın duasının qəbul olması göstərir ki, onun f...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.