Yunus surəsi - Ayə: 90

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 90
Və İsrail övladlarını dənizdən (Nil çayından) keçirtdik. Firon və ordusu onları zülm və düşmənçilik üzündən təqib etdilər. Nəhayət o, boğulmaq halına gəlib çatanda dedi: «İsrail övladlarının iman gətirdiyindən başqa bir tanrının olmamasına iman gətirdim və mən təslim olanlardanam.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 90. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 90 MÖHSÜN QƏRAƏTİ.

"Biz Bəni-İsraili dəryadan keçirdik. Bir halda ki, Firon və əsgərləri zülm-sitəmlə onları təqib edirdilər. Burulğan Fironu bürüdüyü vaxt o dedi: "İman gətirdim ki, Bəni-İsrailin iman gətirdiyindən savay məbud yoxdur və mən təslim olanlardanam.”
Nöqtələr
"Bəhr” dedikdə ayədə Nil çayı nəzərdə tutulmuşdur. Bu çaydan keçmək Allahın əmri idi. Musaya göstəriş verildi ki, əsasını Nil çayına toxundursun. Əsa Nilə toxunduqdan sonra su yarıldı və suyun dibi göründü. Musa və yoldaşları bu yolla ötüb keçdilər.
Ölüm məqamı tövbə etmək və iman gətirmək faydasızdır. Qurani-kərimdə oxuyuruq: "Ölüm astanasında tövbə edib peşman olan günahkarın tövbəsi qəbul deyil.” 
Bildirişlər
1. Zalım qüvvələrlə mübarizədə Allaha təvəkkül etsək, O bizi tənha buraxmaz.
2. Varlıq aləmində bütün dəyişikliklər Allahın iradəsi ilə baş verir.
3. Peyğəmbərlərin duası nəhayətdə qəbuldur.
4. Musanı aradan götürmək istəyən Firon özü məhv oldu. 

 

Aləmlərin Rəbbi çatan tonqalı
Hər kim üfürərsə yanar saqqalı.
5. İlahi əzab nazil olan məqamda iman gətirmək faydasızdır.
6. Təkəbbürlü zalımlar bir gün aciz və möhtac qalacaqlar.
7. Firon kimi təkəbbürlülər yalnız ölüm zamanı təslim olur. Amma bunun nə faydası?!
8. Acı hadisələr insanın gözündən qəflət pərdəsini qaldırır.
9. Qeyri-ilahi qüdrətlər hörümçək torundan başqa bir şey deyil. Onlar bir gün təslim olar.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.