Yunus surəsi - Ayə: 88

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 88
Musa (fironçuların iman gətirməsindən naümid olduqdan sonra) dedi: «Ey Rəbbimiz, Sən Firona və onun qövmünün başçılarına dünya həyatında (bolluca) zinət və (çoxlu) mallar verdin ki, y ey Rəbbimiz nəhayət (bəndələrini) Sənin yolundan azdırsınlar. Ey Rəbbimiz, onların mallarını məhv et və qəlblərini sərtləşdir ki, ağrılı əzabı görənə kimi iman gətirməsinlər (və Harun Musanın nifrininə «amin» deyirdi).»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 88. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 88 MÖHSÜN QƏRAƏTİ.

"Musa dedi: "Pərvərdigara! Sən Firon və onun qövmünün başçılarına dünya həyatında zinət və çoxlu var-dövlət vermisən. Pərvərdigara, (nəticədə bu vasitələrlə xalqı) Sənin yolundan azdırdılar. Pərvərdigara! Onların var-dövlətini məhv et, qəlblərini bərkit. Çünki onlar ağrılı əzabı görməyincə iman gətirməyəcəklər.”
    Nöqtələr
    Neft kəmərlərinin bağlanması, ticarət və hərbi əlaqələrin kəsilməsi, düşmənin təchizat anbarlarının oda çəkilməsi "onların var-dövlətini məhv et” təbirinin ünvanlarındandır.
    Bildirişlər
    1. ”Rəbbəna” müraciətinin duada mühüm rolu var.
    2. Bütün olanlarımız Allahdandır.
    3. Hər hansı bir insanın var-dövlətli olması onun Allah yanında əziz olması nişanəsi deyil.
    4. Küfr insanın dünya ləzzətlərindən kam almasına mane olmur.
    5. Zalım təkəbbürlülərin maddi rifahı yalnız bir neçə günlük dünyaya aiddir.
    6. Peyğəmbərlərin nifrini şəxsi münasibətlərdən yox, vəhydən qaynaqlanır. Bu sayaq nifrində məqsəd məktəb və ümməti qorumaqdır.
    7. Var-dövlət qeyri-saleh insanları doğru yoldan azdırır, yoxsulluq isə küfrə zəmin yaradır.
    8. Dualarımızda düşməni lənətləməyi yaddan çıxarmayaq.
    9. Dəlil və möcüzə səmərə vermədikdə, növbə nifrinə çatır.
    10. Qəlbidaşlar ilahi qəzəbi görməsələr haqqa iman gətirməzlər.
    Müəllif: MÖHSÜN QƏRAƏTİ.