Yunus surəsi · 87-ci ayə

Musaya və onun qardaşına (Haruna) vəhy etdik ki, qövmünüz üçün (səhrada yaşamaq əvəzinə) Misirdə (Fironun hökümətinin mərkəzində) evlər hazırlayın, öz evlərinizi üz-üzə tikin və namaz qılın. Və (ey Musa,) möminlərə (qələbə) müjdə(si) ver.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 87
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Musa və onun qardaşına vəhy etdik ki, Misirdə öz qövmləri üçün evlər hazırlasınlar. Evlərinizi qarşı-qarşıya (ya üzü qibləyə) tikin. Namazı bərpa edin, möminlərə müjdə verin.”
Nöqtələr
"Qiblətən” dedikdə həm "qarşı-qarşıya”, həm də "Kəbəyə doğru” mənaları başa düşülür. Ayədə belə bir məna nəzərdə tutula bilər ki, nə qədər ki, Firon qüdrət sahibidir və sizi məhv etmək istəyir, öz ibadətlərinizi evlərinizdə yerinə yetirin. Besətin ilk üç ilində İslam peyğəmbəri də belə etmişdi.
Sıxıntıya düşmüş möminlərə ən böyük müjdə onların dualarının qəbul olması və Fironun zülmlərindən qurtulmalarıdır.
Bildirişlər
1. Peyğəmbərlərin bütün proqramları, o cümlədən məskunlaşmaları vəhyə əsaslanır.
2. Məskən ilahi nemətlərdən biridir.
3. Dini rəhbərlər xalqın maddi vəziyyətinə qarşı da diqqətli olmalıdırlar.
4. Möminlərin yaşayış məskənləri kafirlərin yaşayış məskənlərindən kənarda olmalıdır. Bu uzaqlıq möminlərə izzət, qüdrət, istiqlal verir.
5. Şəhərsalma tarixi həzrət Musaya gedib çıxır.
6. İslamda memarlıq və şəhərsalma əqidə prinsiplərinə uyğun olmalıdır. Bu işdə qiblə məsələsi unudulmamalıdır.
7. Elə bir ev tikək ki, onda dini mərasimlər keçirmək və namaz qılmaq mümkün olsun.
8. Möminlərin evi namaz evi olmalıdır.
9. Qarşı-qarşıya tikilmiş evlər mərkəzləşmə, mühafizə, nəzarət və qarşılıqlı ünsiyyət üçün daha münasibdir.
10. Biganələrə imkan verməyək ki, yaşadığımız məhəllə və cəmiyyətdə fəsad törədələr.
11. Peyğəmbərlərin proqramlarında namaz öndə gəlir.

Tez-tez Verilən Suallar

Yunus surəsi 87-ci ayə haqqında suallar və cavablar

Yunus surəsinin 87-ci ayəsi nə haqqındadır?
Musaya və onun qardaşına (Haruna) vəhy etdik ki, qövmünüz üçün (səhrada yaşamaq əvəzinə) Misirdə (Fironun hökümətinin mərkəzində) evlər hazırlayın, öz evlərinizi üz-üzə tikin və namaz qılın. Və (ey Musa,) möminlərə (qələbə) müjdə(si) ver.
Yunus surəsi 87-ci ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 87-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 87-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 87-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 87-ci ayənin təfsiri nədir?
"Musa və onun qardaşına vəhy etdik ki, Misirdə öz qövmləri üçün evlər hazırlasınlar. Evlərinizi qarşı-qarşıya (ya üzü qibləyə) tikin. Namazı bərpa edin, möminlərə müjdə verin.” Nöqtələr "Qiblətən” dedikdə həm "qarşı-qarşıya”, həm də "Kəbəyə doğru” mənaları başa düşülür. Ayədə belə bir məna nəzərdə tutula bilər ki, nə qədər ki, Firon qüdrət sahibidir və sizi məhv etmək istəyir, öz ibadətlərinizi evlərinizdə yerinə yetirin. Besətin ilk üç ilində İslam peyğəmbəri də belə etmişdi. Sıxıntıya düşmüş m...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.