Yunus surəsi - Ayə: 86

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 86
«Və Öz rəhmətinlə bizi kafirlərin qövmün(ün hakimiyyətin)dən qurtar!»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 86. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 86 MÖHSÜN QƏRAƏTİ.

"Öz rəhmətinlə bizi kafir qövmün şərindən xilas et.”
Nöqtələr
"Zalimin” dedikdə Bəni-İsrailin başçıları nəzərdə tutula bilər. Onlar öz mənfəətləri və rifahları xatirinə Firona itaət edirdilər. "Kafirin” dedikdə isə Firon tərəfdarları nəzərdə tutula bilər. Demək, möminlərin istəyi daxili və xarici müxaliflərin şərindən amanda qalmaqdır.
Allaha təvəkkül edən kəsi Allah həm cevir, həm də təmin edir. 
Bildirişlər
1. Öncə təvəkkül, sonra dua.
2. İman, təvəkkül və dua vasitəsi ilə zalımların şərindən qurtulaq.
3. Fironçular həm israfçı, həm zalım, həm də kafirdirlər. İsraf zülmə, zülm isə küfrə zəmin yaradır.
4. Öncə əqidə məktəbinin hifzi, sonra şəxsi salamatçılıq üçün dua etməliyik. Çünki zülmkar qalib gəldikdə zülm və küfr hakim olur, möminlər alçaldılırlar.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.