Ət-Tövbə surəsi · 96-cı ayə

Onlardan razı olasınız deyə sizin üçün and içirlər. Buna görə də əgər onlardan siz razı olsanız da, həqiqətən Allah itaətsiz insanlardan razı olmayacaqdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 96
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Sizin üçün and içirlər ki, onlardan razı qalasınız. (Bilin ki, siz də) onlardan razı qalsanız, şübhəsiz, Allah azğın qövmdən razı qalmayacaq.”
Nöqtələr
Əgər ötən ayədə münafiqlər onlara göz yumulmasını istəyirdilərsə, bu ayədə qəlb razılığı sorağındadırlar.
Münafiqlər üçün müsəlmanların qəlb razılığı əhəmiyyətsiz bir şey idi. Onlar bu yolla, sadəcə öz ictimai nüfuzlarını qorumağa çalışırdılar.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Xalqı qəzəbləndirmək bahasına Allahın razılığını arayan şəxsdən Allah razı qalar və xalqı da ondan razı salar. Allahı qəzəbləndirmək bahasına xalqın razılığını qazanmaq istəyən kəsdən Allah narazı qalar və xalqın da qəlbini ondan narazı edər.” 
Bildirişlər
1. Münafiqlər xalqın diqqətini cəlb etmək və öz mövqelərini qorumaq fikrindədirlər. Onları Allahın razılığı və tövbə maraqlandırmır.
2. Xalqın yox, Allahın razılığını düşünək. Xalqın razılığı bir o qədər də mühüm deyil. Ən mühümü Allahın bağışlaması və razılığıdır.
3. Allahın narazı qaldığı münafiqlərdən razı olanlar Allah yolundan uzaqlaşırlar.
4. Bəzən möminlərin razılığı Allahın razılığından fərqlənir.
5. Azğın kəsdən heç vaxt razı qalmayın.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 96-cı ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 96-cı ayəsi nə haqqındadır?
Onlardan razı olasınız deyə sizin üçün and içirlər. Buna görə də əgər onlardan siz razı olsanız da, həqiqətən Allah itaətsiz insanlardan razı olmayacaqdır.
Ət-Tövbə surəsi 96-cı ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 96-cı ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 96-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 96-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 96-cı ayənin təfsiri nədir?
"Sizin üçün and içirlər ki, onlardan razı qalasınız. (Bilin ki, siz də) onlardan razı qalsanız, şübhəsiz, Allah azğın qövmdən razı qalmayacaq.” Nöqtələr Əgər ötən ayədə münafiqlər onlara göz yumulmasını istəyirdilərsə, bu ayədə qəlb razılığı sorağındadırlar. Münafiqlər üçün müsəlmanların qəlb razılığı əhəmiyyətsiz bir şey idi. Onlar bu yolla, sadəcə öz ictimai nüfuzlarını qorumağa çalışırdılar. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Xalqı qəzəbləndirmək bahasına Allahın razılığını arayan şəxsdən All...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.