"Cihaddan münafiqlərin yanına qayıtdığınız vaxt Allaha and içərlər ki, onlara (günahlarına) göz yumasınız. Onlardan üz çevirin, uzaq olun. Onlar çirkindirlər və öz əlləri ilə qazandıqlarına görə yerləri cəhənnəm olacaq.”
Üz çevirmənin səbəbi ya böyüklükdür, ya da etinasızlıq. O ayədə hər iki məna nəzərdə tutulmuşdur. Münafiqlər onlara göz yumulmasını istədilər. Allah da qəzəblə uzaqlaşmaq göstərişi verdi.
Həzrət Peyğəmbər (s) Təbuk döyüşündən qayıtdıqdan sonra xalqa göstəriş verdi ki, cəbhəyə getməmiş münafiqlərlə ünsiyyət saxlanılmasın.
Ötən ayədə münafiqlərin üzr və bəhanələri qəbul olunmadı. Bu ayədə isə zillətə düşmüş münafiqlərin and içdiyi bildirilir.
1. Hər anda inanmaq olmaz.
2. Münafiqlər müqəddəsliklərdən və Allahın adından sui-istifadə edirlər.
3. Müsəlmanlar təvəlla və təbərra əhli olmalı, konkret mövqe tutmalıdırlar.
4. Üzürsüz səbəbdən cihadı tərk edənlərlə rabitələri kəsib onlarla sərt rəftar edək və onlara meydan verməyək.
5. Azğın fərdlərdən və mühitdən uzaq dayanaq. Çünki nifaq ruhiyyəsi və digər eyblər ətrafdakılara da sirayət edir.
6. Nifaq batini çirkinlik, ruhi xəstəlikdir.
7. Cəhənnəm Allahın intiqamı yox, insanın öz əməllərinin nəticəsidir.