Ət-Tövbə surəsi · 80-cu ayə

Onlar üçün bağışlanma dilə, ya bağışlanma diləmə (birdir), əgər onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allaha və Onun Peyğəmbərinə kafir oldular. Allah fasiq dəstəni hidayət etməz.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 80
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Münafiqlərin bağışlanmasını istəsən də, istəməsən də (fərqi yoxdur). Yetmiş dəfə də onlara bağışlanma diləsən, Allah onları bağışlamayacaq. Çünki onlar Allaha və onun rəsuluna qarşı küfr etdilər. Allah azğın qövmü hidayət etməz.”
Nöqtələr
Yetmiş rəqəmi konkret say yox, çoxluq bildirir. Yetmiş rəqəmi ilə işarə olunur ki, münafiqlər heç vəchlə bağışlanmayacaq . Rəvayətlərdə həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: "Əgər yetmiş dəfədən çox bağışlanmalarını istəməyimin onlara nicat verəcəyini bilsəydim, bunu istəyərdim.” 
İnsan elə bir həddə süqut edə bilər ki, onu heç nə xilas edə bilməz. Necə ki, ruhu bədənindən ayrılmış xəstəyə həkimlərin səyi səmərə vermir.
Bildirişlər
1. Dini məsxərə etmək o qədər günahdır ki, Peyğəmbər (s) də bu günahı bağışlatdıra bilmir.
2. Nə qədər ki, insan peşman olmayıb, onun daxilində qiyam baş qaldırmayıb, Peyğəmbərin (s) də duaları səmərəsizdir.
3. İnadkar münafiqə can yandırmaq faydasızdır.
4. Allah Öz mərhəmətini əsirgəmir. Sadəcə münafiqlərin bağışlanma qabiliyyəti yoxdur.
5. Küfr bağışlanmaya, azğınlıq hidayətə mane olur.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 80-cu ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 80-cu ayəsi nə haqqındadır?
Onlar üçün bağışlanma dilə, ya bağışlanma diləmə (birdir), əgər onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allaha və Onun Peyğəmbərinə kafir oldular. Allah fasiq dəstəni hidayət etməz.
Ət-Tövbə surəsi 80-cu ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 80-cu ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 80-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 80-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 80-cu ayənin təfsiri nədir?
"Münafiqlərin bağışlanmasını istəsən də, istəməsən də (fərqi yoxdur). Yetmiş dəfə də onlara bağışlanma diləsən, Allah onları bağışlamayacaq. Çünki onlar Allaha və onun rəsuluna qarşı küfr etdilər. Allah azğın qövmü hidayət etməz.” Nöqtələr Yetmiş rəqəmi konkret say yox, çoxluq bildirir. Yetmiş rəqəmi ilə işarə olunur ki, münafiqlər heç vəchlə bağışlanmayacaq . Rəvayətlərdə həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: "Əgər yetmiş dəfədən çox bağışlanmalarını istəməyimin onlara nicat verəcə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.