"Allah rəsulunun ziddinə olaraq döyüşdən boyun qaçıran, evdə oturmasından fərəhlənən, malı və canı ilə Allah yolu ilə cihaddan ikrah duyan, başqalarına "bu istidə (döyüş üçün) çölə çıxmayın” deyən kəslərə söylə ki, əgər bilərdilərsə, cəhənnəm odu daha yandırıcıdır.”
Bu ayə Təbuk döyüşü haqqındadır. Aydə münafiqlərin üç əlaməti zikr olunur: cəbhədən imtinaya münasibətdə peşmanlıq əvəzində fərəh; mal və canla cihadın ağırlığı; başqalarının cəbhəyə getməsinə maneçilik.
Ötən ayələrə əsasən, münafiqlər başqalarının maddi yardım göstərməsinə mane olurdular. Bu ayəyə əsasən isə onlar cəbhəyə gedişin də qarşısını alır, soyuq münasibət yaradırdılar.
1. Cəbhəyə getməməkdən fərəh duymaq, peyğəmbər göstərişinə qarşı çıxmaq nifaq nişanəsidir.
2. Cəbhəyə getməməkdən də pisi rəhbərə alçaldıcı münasibət və onun göstərişinə müxaliflikdir.
3. Allahın rəsuluna sorğu-sualsız itaət lazımdır.
4. Qorxaq mömin münafiqdən fərqlənir. Qorxaq mömin maddi yardım göstərir, cihadda iştirakı arzulayır. Münafiq isə nə kömək edir, nə də buna meyl göstərir.
5. Münafiqlər xalqı cihaddan saxlamaq üçün mənfi təbliğat aparır, havanın isti olması kimi bəhanələr gətirirlər.
6. Savaş astanasında hazır olmalıyıq ki, düşmənin mənfi təbliğatlarının qarşısını dərhal ala bilək.
7. Düşmən təbliğatına cavab verərkən onların öz sözlərindən istifadə edək.
8. Ölümdən sonrakı həyatı xatırlamaq cəbhəyə hərəkət üçün amil olur. Həqiqi möminlər heç vaxt havanın istiliyinə görə cihaddan qalmır.
9. Münafiqlər üzdən keçir, məsələnin dərinliyinə vara bilmirlər.