Ət-Tövbə surəsi - Ayə: 77

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 77
Odur ki, Allaha verdikləri vədə xilaf çıxdıqlarına və daim yalan danışdıqlarına görə, Allah Onunla görüşəcəkləri günə (Qiyamət gününə) kimi onların qəlblərinə bir nifaq saldı.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 77. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 77 MÖHSÜN QƏRAƏTİ.

"Nəhayət, Allahla bağladıqları əhdin ardınca vədlərinə xilaf çıxdılar. Yalan danışdıqlarından (Allah) Onun görüşünə yetişənədək qəlblərində nifaq ruhu qərar verdi.”
Bildirişlər
1. Allahla bağlanmış peymana vəfasızlıq və məhrumlara münasibətdə xəsislik insanı bədbəxt edir.
2. Nifaqın dərəcələri var: dil nifaqı, rəftar nifaqı, qəlb nifaqı.
3. Nifaq bəzən müvəqqəti, bəzən daimi olur. (Həzrət Əli (ə) "yəvmi yəlqəvnəhu” təbirinin qiyamətə işarə olduğunu bildirmişdir. 
4. Əhdə vəfasızlıq və yalan insanda nifaq ruhiyyəsi yaradır. Günah, günah gətirir.
5. Bədbəxtliklərin qaynağı insan özüdür.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.