Ət-Tövbə surəsi - Ayə: 82

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 82
Buna görə də gərək (küfr və itaətsizlikdən) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) az gülsünlər və çox ağlasınlar. [Və ya: Buna görə də gərək (küfr və itaətsizliklə) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) dünyada azacıq gülsünlər və axirətdə çox ağlasınlar.]
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 82. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 82 MÖHSÜN QƏRAƏTİ.

"Qazandıqlarının cəzası olaraq az gülüb çox ağlasınlar.”
Nöqtələr
Münafiqlər cihadı tərk etməklə hansı nemətləri əldən verdiklərini bilsəydilər, az şadlanıb, çox ağlayardılar. Bu nemətlərdən məhrumluğa görə bir ömür ağlamaq da azdır.
Bildirişlər
1. Çətinliklər səbəbindən ah-nalə çəkib ağlamaq cihaddan üz döndərənlərin dünyəvi cəzasıdır.
2. Cəza əmələ münasibdir.
3. Münafiqin bir neçə günlük fərəhi uzun-uzadı həsrət və göz yaşları ilə nəticələnir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.