Ət-Tövbə surəsi - Ayə: 84

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 84
Və onlardan ölən heç bir şəxs üçün əsla namaz qılma və (barəsində dua etmək və bağışlanma diləmək üçün) qəbrinin üstündə durma. Çünki onlar Allaha və Onun Peyğəmbərinə küfr etdilər və itaətsiz halda öldülər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 84. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 84 MÖHSÜN QƏRAƏTİ.

"Münafiqlərdən heç birisinin ölüsünə namaz qılma və dua üçün qəbri üstə dayanma. Çünki onlar Allaha və Onun rəsuluna kafir oldular, azğın halda dünyadan getdilər.”
Nöqtələr
Müsəlmanlardan biri öldükdə onun dəfnində iştirak etmək, onun üçün dua edib cənazə namazı qılmaq həzrət Peyğəmbərin (s) qaydası idi. Allah-təala bu ayəni nazil etməklə, münafiq halda ölənlərin mərasimində Peyğəmbərin (s) iştirakına qadağa qoydu.
İmam Sadiq (ə) buyurmuşdur: "Həzrət Peyğəmbər (s) meyyit namazında dördüncü təkbirdən ("Allahu əkbər”-dən) sonra ölü üçün dua edərdi. Bu ayə nazil olduqdan sonra həzrət bir daha belə dua etmədi.” 
Bildirişlər
1. Münafiqlərlə mübarizə üsullarından biri mənfi mübarizə, yəni onlardan uzaqlıqdır.
2. Münafiqin ölüsünə də həqarətlə yanaşmaq lazımdır. Onların dəfnində iştirak etməyək və qəbirlərinin ziyarətinə getməyək.
3. Müxaliflərin tənbehi üçün namazdan da istifadə edək.
4. Meyit namazı və qəbir ziyarəti öləndən sonra möminə hörmət nişanəsi və bəyənilmiş işdir. Münafiqin isə belə bir hörməti yoxdur.
5. Münafiq kafir və azğındır.
6. İşin aqibəti mühümdür. Təhlükə odur ki, insan tövbə etmədən, azğın halda dünyasını dəyişsin.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.